14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


05.04.2024  12:28 

“Diasporumuzu yaşadıqları ölkənin mediası ilə işləməyə çağırırıq” – MŞ üzvü





A+  A-

“Diaspor bir xalqın təmsilçilərinin başqa bir ölkədə öz xalqı, dövləti üçün faydalı işlər görməyə çalışan bir kəsimdir”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Diaspora.TV-yə açıqlamasında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Azər Həsrət deyib.

A.Həsrət bildirib ki, diasporumuz gördüyü işlərin effektivliyinin artırılması üçün mediadan mümkün qədər çox istifadə etməlidir:

“Əlbəttə, diaspor və media fəaliyyəti bir-birilə sıx bağlı olmalıdır. Uzun illərdir bu məsələ ilə bağlı fikirlərimizi səsləndirir, təkliflərimizi veririk. Bir qayda olaraq diaspor fəallarını yaşadıqları ölkənin mediası ilə işləməyə çağırırıq. Təəssüflər olsun ki, diaspor fəallarımız olduqları ölkənin mediası ilə deyil, Azərbaycan mediası ilə işləməyə üstünlük verirlər. Yəni, onlar gördükləri işin “Azərbaycan Dövlət Televiziyası”, “AzərTAC” və başqa media qurumlarında yayımlanmasına daha çox çalışırlar, nəinki, olduqları ölkənin mediasında... Buna bizim ehtiyacımız yoxdur. Bu kökündən yanlış bir yanaşmadır”.

Media eksperti qeyd etdi ki, o, diasporun mili mediamızda çıxışlarına qarşı deyil:

“Əlbəttə olsun, amma hər şeydən əvvəl bu fəaliyyət haqqında məlumatlar olduqları ölkənin mediasında yayımlanarsa, işimizin effektivliyi bir o qədər də artmış olar”.

A.Həsrətin fikrincə onlar mümkün qədər çox çalışıb yaşadıqları ölkələrin mediasına nüfuz etməyi bacarmalıdırlar:

“Hətta, bu çağırışı da etmişik ki, diaspor fəallarımız yaşadıqları ölkədə media ilə əlaqələr qursun, bu qurumlarda işləməyə çalışsınlar. Yəni oranın mediası ilə iç-içə olsunlar. Belə, olan halda diaspor fəaliyyətinin effektivliyini də artırmaq mümkündür. Həmçinin diaspor fəalları olduqları ölkənin dilində materialların yayımlanmasına çalışsınlar. Bunu edə bilənlər Azərbaycan və onun haqlı davasına daha çox töhfə verə bilirlər. Əlbəttə ki, bu çağırışa əməl edənlər də var, hətta biz çağırmadan əvvəl bunu edənlər də... Təəssüf ki, onların sayı olduqca azdır. Digər tərəfdən uzun illərdir onu da müşahidə edirik ki, diasporun keçirdiyi tədbirlərdə yalnız azərbaycanlılar iştirak edir, tədbir keçirdikləri ölkənin ictimai- siyasi fəalları bəzən heç gözə dəymir”.

MŞ İdarə Heyətinin üzvü qeyd etdi ki, başqa bir problem diaspor təşkilatlarının bir qayda olaraq Azərbaycan dövlətindən pul gözləmələridir:

“Müqaisə etmək istəməzdim, amma buna məcburam... Erməni diasporu öz dövlətinə maliyyə yardımı edir və böyük pullar yatırır. Yəni, onlar öz fəaliyyətləri üçün pulu Ermənistan dövlətindən gözləmirlər, əksinə bacardıqca dövlətlərinə maliyyə yardımı edirlər”.

A.Həsrət sonda qeyd etdi ki, bu kimi məsələlər həll edilə bilər:

“Diaspor işinə məsuliyyət daşıyan müvafiq dövlət qurumu və xarici ölkələrdəki diaspor qurumlarımız istəsələr bu işləri həll edə bilərlər”.

Həsən Hüseynov
Diaspora.TV


Xəbər 2172 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +