Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?


06.10.2023  13:02 

Hamının səhvi, sirri, hər şeyi məlumdur -Nura Suri





A+  A-

“İnsanların azadlıq sözünü unutmaq zamanıdır. Azad düşüncə belə mövcudluğunu itirib. Hər kəs tam kontrol altındadır. Hər yer kamera, əlimizdəki telefonlar gündə neçə addım atdığımızdan tutmuş, kiminlə harda olduğumuza kimi bilir və sistemə ötürür”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.

O qeyd edib: “Sosial şəbəkələrdə səhifələri qarşımıza çıxararaq beynimizdə fikir formalaşdırmaq 2x2 kimi asandır. Bizi özümüzdən daha yaxşı tanıyır bu sistem.

İnsanlar bir-birinə etibarını itirib, çünki danışanda səsimizin kimsə tərəfindən yazılıb yazılmadığına belə əmin deyilik.

Əvvəllər insanlara nəyi etmək olar, olmaz deyilirdi (din, qanun və s.)” – deyə Nura Suri vurğulayıb.

Sənətçi bildirib ki, indi insanları idarə etmək üçün nə dinə, nə qanuna ehtiyac belə qalmayıb: “Nəğd pul da aktuallığın itirdiyinə görə kim nə qədər qazanır, nə qədər və hara xərcləyir artıq məlumdur. Hamının zəif yeri, səhvi, sirri, hər şeyi məlumdur. Gizli heç nə qalmayıb. Tam sistemə tabeyik. Bütün dünya belədir və daha betəri olacaq.

Robotlar, kuklar kimi yaşayırıq insan kimi yox. Çünki insan həm bu dünyanı həm də insanlığı məhv etməyi bacardı ancaq. Heyvanlara, təbiətə, insanlara verdiyi əziyyətin bəhrəsidir bu. Deyəsən, şeytan haqlı çıxdı”.

Xəbər 6966 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +