İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb


29.01.2023  10:56 

ABŞ Çinlə müharibəyə başlayır?





A+  A-

ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minihan Tayvan səbəbindən 2025-ci ildə Çinlə müharibəyə gedə biləcəklərini açıqlayıb.

Pentaqon tərəfindən də təsdiqlənən daxili yazışmalarda Çini çəkindirmək, lazım gələrsə, onu məğlub etmək üçün hava-desant qoşunlarının maksimum səviyyədə müharibəyə hazır olması tələb olunur.

“Ümid edirəm yanılıram. Ancaq instinktlərim mənə deyir ki, 2025-ci ildə döyüşəcəyik" - Minihan deyib.

Gələn il Tayvanda prezident seçkilərinin keçiriləcəyinə və ABŞ-ın diqqətini 2024-cü il seçkilərinə yönəldəcəyinə işarə edən amerikalı general mühitin Çin lideri Si Cinpinə hərbi təcavüz üçün bəhanə yarada biləcəyini və iki ölkənin 2025-ci ildə qarşı-qarşıya gələ biləcəyini irəli sürüb.

Hava-desant qüvvələrinin komandanı Minihan da şəxsi heyətə çağırış edərək atış poliqonlarına getmələrini və başı hədəf almaq üçün hərbi təlimlər keçirmələrini istəyib./Musavat.com

Xəbər 2463 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +