Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?


16.09.2018  12:19 

Qasırğada ölənlərin sayı artır





A+  A-

ABŞ-ın qərb sahillərində bir neçə gündür dağıntılara səbəb olan “Florens” qasırğası can almağa davam edir.
XəzərNews.az “Posta”ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 14 nəfər ölüb, 7 nəfər isə yaralanıb. Ölənlərdən biri körpədir.

Şimali Karolina, Cənubi Karolina, Corciya, Tenesse, Merilənd, Virciniya, Kentaki ştatlarında 3 milyona yaxın insan təxliyyə edilib. 2500-dən çox təyyarə reysi təxirə salınıb.

Hazırda 10 minə yaxın hərbiçi xilasedicilərlə birlikdə xilasetmə tədbirlərində iştirak edir, əhalinin ərzaq və tibbi ehtiyaclarını qarşılamağa çalışır.

Qasırğanın təsiri keçdikdən sonra ABŞ prezidenti Donald Trampın gələn həftə bölgəyə səfər edəcəyi bildirilir.

ABŞ Milli Qasırğa mərkəzi təbii fəlakətin 2-3 gün daha təsirini göstərməyə davam edəcəyini açıqlayıb. Qasırğa daha sonra Mərkəzi Atlantik bölgələri istiqamətində hərəkət edəcək.

Xəbər 2969 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +