Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib


28.06.2018  21:28 

Saakaşviliyə 6 il həbs cəzası verildi





A+  A-

Tbilisi şəhər məhkəməsi Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili haqqında 6 il həbs cəzası qərarı verib.
XəzərNews.az “Dünya bülleteni”nə istinadən xəbər verir ki, sabiq prezident gürcü deputat Valeri Gelaşvilinin qaçırılaraq döyülməsi hadisəsi ilə bağlı vəzifəsindən sui-istifadə etməkdə və zorakılıqda ittiham edilib.

Bu, Saakaşvili haqqında ikinci qiyabi həbs qərarıdır. O, bundan öncə Birləşmiş Gürcüstan Bankının əməkdaşı Sandro Qirqvlianinin cinayətində qatil haqqında əfv qərarı çıxardığı üçün “mənafeyini qorumaqda” ittiham edilmiş və 3 illik həbs cəzası almışdı. Lakin, 2013-cü ildən sonra Gürcüstanı tərk edərək Ukraynada yaşamağa başladığı üçün həbs qərarı icra edilməmişdi.

Qeyd edək ki, Saakaşvili ötən il Ukraynada da həbs edilmiş, daha sonra Polşaya deportasiya edilmişdi. O, hazırda Hollandiyada yaşayır.

Xəbər 2894 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +