İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb


14.06.2018  13:11 

Türkiyə ABŞ-dan F-35 təyyarələri alacaq





A+  A-

Rəsmi Vaşinqton Türkiyənin Rusiyada alacağı S-400-lərə görə narazıçılığına baxmayaraq F-35 qırıcılarının ilk nümunəsini Türkiyəyə təhvil verəcək.
XəzərNews.az “Defense News” nəşrinə istinadən xəbər verir ki, Türkiyə bu beşinci nəsil qırıcıların ilk nümunəsini iyunun 21-də təhvil alacaq.

Qəzetə bu məlumatı həmin qırıcıların istehsalçısı olan “Lockheed Martin” şirkətinin bəyanatına istinadən verib.

Bəyanata görə F-35-lərin yığıldığı Texas ştatının Fort-Uort şəhərində Türkiyə üçün nəzərdə tutulmuş ilk nümunənin yığılması ilə əlaqədar mərasimə hazırlıq görülür.

“F-35 proqramı çərçivəsində şirkətdə hər dəfə ABŞ və ya xarici ölkə üçün nəzərdə tutulmuş F-35 qırıcısının ilk nümunəsi yığılması şərəfinə ənənəvi olaraq mərasim təşkil edilir. Bu mərasim Türkiyə üçün iyunun 21-nə planlaşdırılmış ilk F-35-in yığıldığı üçündür” – bəyanatda deyilir.

Bəyanatda həmçinin bildirilib ki, bu qırıcı daha sonra Arizona ştatındakı Hərbi Hava Qüvvələrinin (HHQ) Lyük bazasına aparılacaq. Burada gözləyə türk pilotlar bu yeni qırıcılardan istifadə üçün təlimə qatılacaqlar.

Qeyd edək ki, mayın axırlarında ABŞ Konqresi Türkiyənin S-400-ləri alması ilə əlaqədar Müdafiə nazirliyinin qarşısına bu barədə xüsusi hesabat hazırlamağı tapşırıb. Tapşırığa görə ABŞ müdafiə nazirliyi xüsusi hesabatı təqdim etmədən Türkiyə F-35-lərin birbaşa təhvil verilməsi hüququndan məhrum edilir. Bu səbəbdən 100 ədəd qırıcı almağı planlaşdıran və buna görə ödəniş edən Türkiyə hökuməti haqlı olaraq öz narazılığını bildirdi.

Xəbər 3264 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +