İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb


02.07.2025  12:30 

İranın nüvə obyektlərinə böyük ziyan dəyib





A+  A-

"ABŞ-nin zərbələri nəticəsində İranın nüvə obyektlərinə böyük ziyan dəyib".

XəzərNews.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Arakçi CBS News-a müsahibəsində deyib.

"Heç kim Fordoda nə baş verdiyini dəqiq bilmir. Hazırda obyektlərə ciddi və böyük ziyan dəydiyini bilirik. İran İslam Respublikasının Atom Enerjisi Təşkilatı hazırda qiymətləndirmə və təhlillər aparır və hesabat hökumətə təqdim olunacaq".

Diplomatın sözlərinə görə, “zərərin miqyası haqqında hələ ki, dəqiq məlumat yoxdur”:

“Biz nüvə obyektlərini yenidən işə salmağın mümkün olub-olmaması, onların yenidən işə salınıb-salınmayacağı ilə bağlı qiymətləndirmələri gözləməliyik. İslam İnqilabının Ali Rəhbəri Ayətullah Əli Xameneinin fətvasına əsasən, nüvə silahının İran İslam Respublikasının müdafiə doktrinasında yeri yoxdur. O, dini baxımdan qadağandır”.

Xəbər 366 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +