Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək


28.03.2024  09:07 

Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var





A+  A-

Beynəlxalq ictimaiyyətin ədalətlilik və açıqlıq prinsiplərinə əsaslanan yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var.

Xəzərnews.az “Akorda”ya istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunda söyləyib.

“Bu gün artan ticarət əngəlləri, proteksionizm və müqavilələrin pozulması qlobal iqtisadiyyat üçün ciddi problemlər yaradır. Bu problemlərin həlli ədalətsiz ticarət maneələrinin aradan qaldırılmasını və rəqəmsallaşma yolu ilə təchizat zəncirlərinin şəffaflığının artırılmasını tələb edir”, – Qazaxıstanın dövlət başçısı bildirib.

Tokayevin sözlərinə görə, qlobal maliyyə sisteminə yeni yanaşmalar tətbiq edilməlidir. Qazaxıstan lideri beynəlxalq ictimaiyyəti davamlı maliyyələşdirmə sahəsində daha effektiv tədbirlər görməyə çağırıb.

“Nəhəng bazar kapitallaşması ilə nəhəng Asiya istiqraz bazarı bir çox inkişaf layihələrini dəstəkləmək üçün yüksək potensiala malikdir.

Avrasiya İnkişaf Bankı yeni maliyyə investisiya aləti kimi panda istiqrazlarının ilk buraxılışını həyata keçirməyi planlaşdırır. Bu, qlobal infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün kritik ola bilər”, – dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, bu il Boao Asiya Forumu “Asiya və dünya: ümumi çağırışlar, ümumi məsuliyyət” devizi altında martın 26-29-da keçirilir.

Bu forum Şərqin Davosu adlanır – burada mühüm sənədlər imzalanır, Asiyanın və digər regionların biznes və hökumət dairələrinin nümayəndələri arasında mövqelər razılaşdırılır.

Xəbər 4829 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +