Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam


21.11.2023  20:31 

Florentino Peres Avropa Superliqası arzusundan əl çəkmir





A+  A-

"Real"ın prezidenti Florentino Peres Avropa Superliqası arzusundan əl çəkmir.

Xəzərnews.az xəbər verir ki, o, İngiltərə klublarının məsələ ilə bağlı mövqeyindən asılı olmayaraq sözügedən turniri bərpa etməyə çalışacaq.

Dekabrın 21-də Avropa İttifaqının Ədalət Məhkəməsi UEFA ilə Superliqa arasında gedən proseslərdə son qərarı elan edəcək. Məhkəmə turnirin UEFA-nın himayəsi xaricində keçirilməsi barədə qərar versə, Peres dərhal prosesi sürətləndirəcək.

Onun iştirakçıların tərkibindən asılı olmayaraq, Superliqaya start verəcəyi bildirilib.

Xatırladaq ki, 2021-ci ilin aprelində "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul", "Tottenhem", "Çelsi", "Real", "Barselona", "Atletiko", "Yuventus", "Milan" və "İnter" klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Lakin UEFA-nın təzyiqindən sonra "Real", "Barselona" və "Yuventus"dan başqa, digər klublar turnirdən imtina ediblər./qol.az


Xəbər 3040 dəfə oxunub.



22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +