Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


15.06.2022  09:42 

“İçərişəhər”də qala divarında “Z” hərfi - Rəsmi açıqlama





A+  A-

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun qala divarına Rusiyanın Ukraynadakı əməliyyatının rəmzi olan “Z” hərfi yazılması barədə məlumat yayılıb.

XəzərNews.az xəbər verir ki, məsələyə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Şahin Seyidzadə münasibət bildirib.

“Dünən kütləvi informasiya vasitələrində İçərişəhərin Qala divarları üzərində vandalizm aktı törədildiyi barədə məlumatlar yayılıb. “İçərişəhər” DTMQ İdarəsinin Mətbuat xidməti ictimaiyyətin nəzərinə çatdırır ki, qeyd olunan məlumatlar həqiqəti əks etdirmir. Belə ki, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində qeyd olunan yazı Qala divarlarının üzərində deyil, 1-ci Qəsr döngəsi 84 ünvanında yerləşən fərdi yaşayış evinin qapısı üzərində yazılıb və bununla da İçərişəhərin heç bir abidəsinə zərər yetirilməyib”, - o qeyd edib.

Ş.Seyidzadənin sözlərinə görə, hadisəni törədən şəxs Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb:

“Saxlanılan şəxs barəsində aidiyyəti üzrə tədbirlər görülüb”.

Qeyd edək ki, minval.az onun paytaxt sakini Aleksandr Saprıkin (1955-ci il təvəllüdlü) olduğunu yazıb.

Xəbər 3120 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +