Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


04.06.2022  12:53 

Istanbulda azərbaycanlı qadın güllələndi





A+  A-

İstanbulun Avcılar rayonunda Hüsniyyə Bayramova adlı azərbaycanlı qadın şəxsiyyəti hələlik müəyyən olmayan şəxs tərəfindən güllələnib.

XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” nəşri məlumat yayıb.

Hadisənin ötən gün saat 22:00 radələrində Dənizköşklər məhəlləsində baş verdiyi bildirilir. Naməlum şəxs tərəfindən Azərbaycan vətəndaşı Hüsniyyə Bayramovaya tapança ilə atəş açılıb və o, ayağından yaralanıb.

Sol diz qapağından yaralanan Bayramova təcili yardımla Bakırköyə aparılaraq Sadi Konuk Tədris və Araşdırma Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı Bayramovanın yanında olan qadın dindirilmək üçün polis bölməsinə aparılıb.

H.Bayramovanın qonşusu isə onun bir dostu ilə birlikdə yaşadığını deyib: “Axşam 22:00 radələri idi. Silah səsini eşitmədik. Polislər gəldilər. Qonşum birinci mərtəbədə qalırdı, əcnəbi idi. Ayağından güllələnibmiş. Bir dostu ilə qalırdı. Onun vurub-vurmadığını bilmirik. Təcili yardımla xəstəxanaya yerləşdirdilər”./qafqazinfo

Xəbər 3539 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +