Məşhur marketdə saxta araqlar aşkarlandı
Tailand Kambocaya rəsmən müharibə elan etdi-YENİLƏNİB
Talıbovlara məxsus olmuş restorana “stop“ qoyuldu
Ağsaqqallar Şurasında 14 milyonluq dələduzluq
Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artırılır
Füzulidəki yanğın Hadruta çatır
Arif Babayev reanimasiyaya yerləşdirildi
Rusiya Xarkova 500 kiloqramlıq bomba atdı
Rüşvət alan bağça müdiri işdən çıxarıldı
Qadını döyən “nazirlik əməkdaşı“na höküm oxundu


01.07.2025  14:35 

Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun açılış mərasimi keçirilib





A+  A-

Bu gün Özbəkistanın Xivə şəhərində Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun açılış mərasimi keçirilib.

XəzərNews.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, iki ölkənin qanunverici orqanları rəhbərlərinin və deputatlarının iştirak etdikləri tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova forumun iki ölkənin parlamentləri üçün çox əlamətdar bir hadisə olduğunu qeyd edib.

Onun sözlərinə görə, bu tədbir Azərbaycan Milli Məclisinin hər hansı digər ölkənin qanunverici orqanı ilə keçirdiyi ilk forumdur.

Azərbaycan-Özbəkistan münasibətlərində digər mühüm məqam kimi Özbəkistanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəti və dəyişməz mövqeyini vurğulayan Sahibə Qafarova deyib ki, Azərbaycan xalqı həm ərazilərimizin Ermənistan tərəfindən işğalı illərində, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də müharibədən sonrakı dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edib.

Milli Məclisin sədri bu forumun səmərəli əməkdaşlıq mexanizminə çevriləcəyinə, aparılan müzakirələrin parlamentlərarası əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə verəcəyinə inamını ifadə edib.

Forumda çıxış edən Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva tədbirin Özbəkistan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ərəfəsində keçirildiyini və bu məqamın da forumun əhəmiyyətini bir daha göstərdiiyini söyləyib.

Parlament sədrlərinin çıxışlarından sonra Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumu işini sessiyalar üzrə müzakirələrlə davam etdirib.

Xəbər 670 dəfə oxunub.



24.07.2025  15:06 

Ağdamda yenidən yanğın başladı

24.07.2025  12:27 

Ağdaşda ailə faciəsi yaşandı

24.07.2025  11:51 

Rusiya Ukraynaya dron hücum edib


BÜTÜN XƏBƏRLƏR +