Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı
20 yaşlı ana doğuş zamanı öldü
Polşanın daxili işlər naziri Belarusla sərhədi bağladı
Tulada müdafiə zavoduna hücum oldu
Formula 1: Bakıda bu yollar bağlanacaq
Direktor müavini kanala düşərək ölüb
Azərbaycanlı Almaniyada saxlanıldı
İmkanı olmayanlar təyyarə biletlərini necə ödəsin?


05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib





A+  A-

Kamçatkanın şərq sahillərində 5,3 maqnituda zəlzələ baş verib.

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin Kamçatka filialının "Telegram" kanalında məlumat verilib.

Bildirilir ki, yeraltı təkanlar sentyabrın 4-də yerli vaxtla saat 10:38-də (Bakı vaxtı ilə 5 sentyabr, 2:38) baş verib. Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 161 kilometr aralıda, ocağı isə 60,7 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, iyulun sonunda Kamçatkada 8.8 bal gücündə zəlzələ baş vermişdi. Seysmoloqlar bildirmişdi ki, bu güclü zəlzələdən sonra il boyu yarımadada afterşoklar baş verə bilər.

Xəbər 1768 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +