Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


10.03.2021  13:07 

Karantin tələblərini pozan 1.9 min obyekt sahibi cərimələnib





A+  A-

Xüsusi karantin rejiminin tələblərini pozmaqla fəaliyyət göstərən 1,9 min obyektin, qapalı məkanda fərdi qoruyucu vasitələrdən istifadə etmədiklərinə görə 534 obyektin sahibləri barədə inzibati məsuliyyət tədbirləri tətbiq olunub.
XəzərNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci il hesabatından bildirilib.

Hesabatda o da qeyd olunub ki, sosial şəbəkələrdə yalan məlumatlar yerləşdirən 100 nəfər müəyyən edilərək 60-ı cərimələnmiş, məhkəmələr tərəfindən 40 nəfər inzibati həbs edilib. Karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma faktlarına görə 696 cinayət işi başlanılaraq 42 nəfər barəsində həbs, 4 nəfər barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Həmçinin, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən davamlı surətdə inzibati xətalar haqqında işlər üzrə icraatlar başlanmaqla, qanunsuz olaraq toplantılar keçirmə, qoruyucu vasitələrdən istifadə etməmə, 8103 qısa SMS xidmətinə müraciət etmədən icazəsiz yaşayış yerlərini tərk etmə və digər pozuntulara yol verdiklərinə görə rayon(şəhər) məhkəmələrinin qərarları ilə 45 nəfər barəsində uzunmüddətli inzibati həbs və cərimə tənbehləri seçilib.

Xəbər 3806 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +