Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


01.05.2017  20:19 

Ziya Məmmədovun müşavirinin qohumu ilə məhkəməsi başlayır





A+  A-

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun müşaviri Çingiz Baxşıyev qohumu Rövşən Əhmədova qarşı xüsusi ittiham qaydasında şikayət verib.
Ç.Baxşıyevin vəkili Ceyhun Yusifov bildirib ki, artıq R.Əhmədovun səsləndirdiyi fikirlərlə bağlı şikayət ərizəsi Nərimanov rayon məhkəməsinə daxil olub.

Ç.Baxşıyev ərizəsində qeyd edib ki, R.Əhmədov onu 10-dan artıq ağır cinayətdə ittiham edib. O, şərəf və ləyaqətinin alçaldığını bildirərək R.Əhmədova Cinayət Məcəlləsinin 147.2-ci maddəsi üzrə cəzanın yuxarı həddində hökm verilməsini tələb edib. Həmin maddə üzrə cəzanın yuxarı həddində 3 ilədək həbs nəzərdə tutulur.

İddia ərizəsi məhkəmə baxışına qəbul edilib və hazırlıq iclası mayın 5-i hakim Samir Məmmədovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Ç.Baxşıyev bundan öncə R.Əhmədovu 7 kiloqram qızılını mənimsəməkdə ittiham edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədova bəraət hökmü verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, bir neçə gün öncə Rövşən Əhmədov saytın redaksiyasına gələrək sabiq müşavirlə bağlı ciddi ittihamlar səsləndirib. Bu linkdən yazını ətraflı oxuya bilərsiniz.

(qafqazinfo.az)

Xəbər 3145 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +