“ADY Əmlak“ MMC-nin direktoru vəzifəsindən azad edilib
Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu


01.05.2023  12:46 

Lentsov sabah Bakıya gələcək





A+  A-

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin yeni komandanı Aleksandr Lentsov çərşənbə günü Bakıya gələcək.

Bu barədə Ermənistan mətbuatı separatçılara istinadən məlumat yayıb.

Bildirilib ki, yeni komandan Bakıda Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüş keçirəcək.

Erməni mediası iddia edir ki, general-polkovnik Lentsov Azərbaycanda görüşlər zamanı Ermənistanla sərhəddə qurulmuş nəzarət-buraxılış məntəqəsi ilə bağlı müzakirə aparacaq.

Qeyd edək ki, ötən həftə Ermənistanın müdafiə naziri Suren Papikyan Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı Aleksandr Lentsovla görüşüb. Nazir general-polkovniklə regiondakı əməliyyat vəziyyəti və problemləri müzakirə edib. Görüşdə sülhməramlıların rolunun səmərəliliyinin artırılmasından da danışılıb. Papikyan üçtərəfli bəyanatların yerinə yetirilməsi və Laçın dəhlizinin vacibliyini vurğulayıb./Modern.az

Xəbər 2512 dəfə oxunub.




11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +