Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


20.09.2025  21:06 

Azərbaycanda məhkumlara pensiyalar necə ÖDƏNİLİR?





A+  A-

Azərbaycanda məhkumluqda olan şəxslərin pensiya hüquqları qanunvericiliklə qorunur və bu proses müvafiq normativ aktlarla tənzimlənir.

Bəs azadlıqdan məhrum edilmiş şəxslərə pensiya hansı qaydada təyin olunur və ödənilir?

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən vəkil Vüsal Cəfərov bildirib ki, Cəzaların İcrası Məcəlləsinin 90.1-ci maddəsinə əsasən, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum edilən şəxslərə əmək pensiyalarının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Qanunla müəyyən olunur.

Onun sözlərinə görə, həmin Məcəllənin 90.4-cü maddəsinə əsasən, pensiya və sosial müavinətlərin təyin olunması üçün məhkumların məlumatları cəzaçəkmə müəssisəsinə qəbul edildikdən 10 gün ərzində müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə ötürülür və mütəmadi yenilənir:

“Yəni, azadlıqdan məhrum edilmiş şəxslərin pensiya hüququ ümumi əsaslarla yaranır “Əmək pensiyaları haqqında” Qanunun 37.6-cı maddəsinə görə, cəzaçəkmə müəssisələrində və ya həbs yerlərində olan şəxslərə əmək pensiyası məhkəmənin fərqli qərarı olmadığı halda tam məbləğdə ödənilir.

Bundan əlavə, pensiya və müavinətlərin rəsmiləşdirilməsi xüsusi Təlimatla tənzimlənir. Həmin Təlimatın 2.1-ci bəndinə əsasən, məhkumlara pensiya təyin olunması və ödənilməsi üçün sənədlər cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının müdiriyyəti tərəfindən hazırlanır”, - deyə o bildirib.

Eyni zamanda Vüsal Cəfərov qeyd edib ki, təlimatın 3.1-ci maddəsinə əsasən, məhkuma təyin olunmuş pensiyanın ödənilməsi üçün Mərkəz həmin şəxsin saxlanıldığı müəssisənin mühasibatlığına tapşırıq göndərir.

Beləliklə, azadlıqdan məhrum edilmiş şəxslərin pensiya hüquqları məhdudlaşdırılmır, onlar bu hüquqdan ümumi əsaslarla yararlana bilirlər.

Xəbər 3379 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +