Üş nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı
Məhkəmə Fatih Altaylının həbsinə qərar verdi
Yəmən İran və İsrail müharibəsinə qoşulur
Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi


02.02.2024  08:13 

Qaxda narkotik satanlara qarşı əməliyyatlar keçirilib





A+  A-

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Xəzərnews.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat zamanı rayon sakinləri – əvvəllər də xuliqanlıq və digər cinayətlərə görə məhkum olunmuş Mübariz Mustafazadə və onun qonşusu Firuz Yusifov saxlanılıb.

Hər iki şəxsin üzərinə və yaşadıqları ünvanlara baxış keçirilən zaman ümumi çəkisi 4 kiloqram 230 qrama yaxın qurudulmuş marixuana, eləcə də çətənə bitkisinin toxumları aşkar edilib. Araşdırma zamanı saxlanılan şəxslərin həmin narkotik vasitələri ötən ilin yaz aylarında meşəlik ərazidə becərdikləri çətənə bitkilərindən satış və şəxsi istifadələri üçün əldə etdikləri məlum olub. Həmin əraziyə baxış keçirilərkən isə çəkisi 14 kiloqram olan 65 ədəd çətənə bitkisinin qalıqları aşkarlanaraq maddi sübut kimi götürülüb. Onlar ifadələrində narkotiklərin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Davam etdirilən tədbirlərlə Firuz Yusifovun narkotik vasitəni satdığı rayon sakini, əvvəllər də analoji əmələ görə məhkum edilmiş Kərim Abdullayev saxlanılıb. Polis əməkdaşları tərəfindən onun idarə etdiyi avtomobilə baxış keçirilərkən F.Yusifovdan aldığı qurudulmuş marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 3871 dəfə oxunub.



22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +