Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır
Bank kartlarından 4 min manatdan çox pul oğurlandı
Anar Cəbrayıllı xidmət rəisi təyin edilib


29.11.2023  23:19 

Qızılca sürətlə yayılır: Məktəblər bağlanacaq?





A+  A-

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

Xəzərnews.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan təhsil məsələləri üzrə ekspert Elmin Nuri 2020-ci ildə dünyada pandemiya elan olunan zaman məktəblərin dərhal bağlanması ilə bağlı qərar qəbul edən ölkələr arasında Azərbaycanın 12-ci olduğunu xatırladıb.

Onun sözlərinə görə, xəstəlik sürətlə yayılmadan Azərbaycan lazımi addımlar atıb:

“Bu addım tədrisin keyfiyyətinə mənfi təsir etsə də, məktəblərdə bir çox fəsadın qarşısını almış oldu. Təəssüf ki, indi də qızılca xəstəliyi yayılıb. Bu xəstəliyin epidemik və ya pandemiya səviyyəsinə çatmasını heç kim istəməz. Düzü, pandemiya səviyyəsinə qalxması mümkün deyil, amma epidemiya səviyyəsində olacağını da arzu etmirik. Artıq 300-ə yaxın şəxs qızılcaya yoluxub, lakin bunun neçəsinin şagird olduğunu bilmirəm. Verilən qərara görə, orta və yaşlı əhali də peyvənd olunacaq”.

E.Nuri deyib ki, gələn həftə yoluxanların sayı artarsa, o zaman təhsil müəssisələrində vacib qərar qəbul edilməlidir:

“Ən doğru qərar distant formanın tətbiqi ola bilər. Yəqin ki, dərslər hibrid formaya keçirilər. İndidən həyəcan təbili çalmaq lazımdır. Çünki bir nəfər eyni anda 10 nəfəri, 10 nəfər 100 nəfəri, 100 nəfər isə 1000 nəfəri yoluxdurma gücündədir. Əgər vəziyyət düzəlməsə və ciddi addımlar atılmasa, saylarda artım olarsa, mütləq hibrid tədrisi bərpa etməliyik.

Xatırlayırsınızsa, Bakı məktəblərində belə bir ənənə var idi ki, sinifdə bir nəfər şagird koronaya yoluxardısa, avtomatik həmin sinif otağı bağlanır, dərslər onlayn qaydada keçirilər, bir neçə uşaq yoluxardısa, artıq məktəbin özü iki həftəlik bağlanardı. Düşünürəm ki, məktəblərdə xüsusi monitorinqlər aparılmalıdır. Qızılcanın olduğu təhsil ocaqları mütləq iki həftəlik karantinə alınmalıdır”.

Xəbər 2086 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +