Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır
Bank kartlarından 4 min manatdan çox pul oğurlandı
Anar Cəbrayıllı xidmət rəisi təyin edilib
MAXE intihar etdi


30.10.2023  13:03 

“Tağı Əhmədov Azərbaycanda metronu məhv etdi“ - Ekspert





A+  A-

"Bakıda metro stansiyalarının sayı 70-ə çatdırılacaq. Bunu Metropoliten də təsdiqlədi. Əslində isə indiyədək bu qədər stansiya tikilib istifadəyə verilməli idi. Ən azından 50 ola bilərdi. Hazırda isə cəmi 28 stansiyamız var.

Xəzərnews.az xəbər verir ki, bu barədə açıqlama ilə nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı çıxış edib.

E.Muradlı bildirib ki, Azərbaycanda metronu məhv edən Tağı Əhmədov oldu:

"Bir gecədə 3 milyon dolları MTN generalı Akif Çovdarova verən, "Sahil" stansiyasının üzərində hündürmərtəbəli bina tikilməsinə imkan verən bu adam ən azı 10 stansiyasının pulunu yeyib bəlkə də.

İndi xəstədir, ağır durumdadır deyirlər. İnsanların rahatlığı üçün ayrılan pulları yeyib dağıdanda bilməliydin axı halal-haram nədir. Dünyada elə ölkələr var ki, ildə bir-iki metro stansiyası tikir. Azərbaycanda isə bir stansiyaya 10 ilə yaxın vaxt gedir. Məsələn, Ceyhun Səlimov küçəsini Tağı Əhmədov 8 il bağlı saxladı ki, metro tikirəm. Hansı ki, Abid Şərifovu aldadıb 3 ilə stansiya hazır olacaq demişdi".

Xəbər 1192 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +