Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır
Bank kartlarından 4 min manatdan çox pul oğurlandı
Anar Cəbrayıllı xidmət rəisi təyin edilib
MAXE intihar etdi


06.10.2023  14:28 

Corab satan qazi ilə bağlı... Açıqlama





A+  A-

Sosial şəbəkələrdə Vətən müharibəsi qazisi Hüseynov Vüqar İlqar oğlunun corab satmasını əks etdirən kadrlar yayılıb.

Xəzərnews.az Yeniavaz.com-a istinadən xəbər verir ki, kadrları lentə alan şəxs bildirib ki, V. Hüseynovun əlilliklə bağlı müraciətinə imtina cavabı gəlib.

Dövlət Tibbi – Sosial Ekspertiza Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov görüntülərlə bağlı məlumat yayıb və bildirib ki, V. Hüseynov işlə təmin edilmək üçün isə ötən dövrdə məşğulluq orqanına müraciət etməyib:

“Bununla əlaqədar bildiririk ki, Ağdaş rayon sakini, 2001-ci il təvəllüdlü Vüqar Hüseynova müharibə veteranı olduğu üçün 01.01.2022-ci il tarixindən Prezidentin aylıq təqaüdü (80 manat) ödənilir.
Müharibədə aldığı xəsarətlə bağlı ona birdəfəlik sığorta ödənişi (2750 manat) də edilib.

Əlilliyinin qiymətləndirilməsi üçün daxil olmuş göndəriş əsasında o, 2021-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.

Aidiyyəti qurumların tibb mütəxəssislərinin də iştirak etdiyi həmin müayinə zamanı Mərkəzi Hərbi Həkim Komissiyasının Vüqar Hüseynovla bağlı təqdim etdiyi yekun şəhadətnamədə qeyd olunan diaqnozun əlillik təyinatına əsas vermədiyi, həmçinin sağlamlıq vəziyyətində əlillik əlaməti olmadığı müəyyən edilib. Bu səbəbdən ona əlillik təyinatı aparılmayıb.
Sonrakı dövrdə Vüqar Hüseynovun əlilliyinin qiymətləndirilməsi ilə bağlı heç bir müraciəti olmayıb”.

Xəbər 6236 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +