Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır
Bank kartlarından 4 min manatdan çox pul oğurlandı
Anar Cəbrayıllı xidmət rəisi təyin edilib
MAXE intihar etdi


23.08.2023  18:01 

“Yapon səfirliyi maliyyə ayırıb, deyirlər olmaz” - Deputat şok fotolar paylaşdı





A+  A-

"Xəlfəli kəndinin uşaq baxçası. Doğulub-böyüdüyüm bu kəndin uşaq baxçası müharibə illərini xatırladır. Yapon səfirliyi maliyyə ayırıb ki, tikilsin, deyirlər yox, olmaz. Gərək standartlara uyğun olsun. Ay Təhsil Nazirliyi bir göstər görək ölkədə nə qədər o dediyiniz, yaxud da Nazirlər Kabinetinin təsdiq etdiyi standartlara uyğun baxça var?”

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Razi Nurullayev çıxış edib.

R.Nurullayev bildirib ki, siz dediyiniz standartlara uyğun baxça tikilməsi üçün 8 minlik kəndin uşaqları neçə illər baxçasız qalmalıdır?:

"Onların valideynləri günlük 10-15 manat qazanmaq üçün qızmar günəş altında işləmək üçün uşaqlarını hara qoysunlar? Bir deputatın doğulduğu kəndində, el-obasında bu problem varsa və həllinə köməklik olmursa, bu sizə, yoxsa deputata hörmət qazandırır? Niyə bir-birimizə kömək etmək yox, intriqa və inciklik, məşəqqət yaşatma yolunu seçirik? Sonuncu yolum hörmətli Baş nazir Əli müəllimə müraciət etməkdir. Ümid edirəm ki, bu problemin həllinə nail ola biləcəyik”.



Xəbər 1843 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +