Bu rayonda yas verilməsi ləğv edildi
Dönər kəskin bahalaşdı: Səbəbi bəllidir
“Əməliyyatdan 4 gün sonra burnum qaraldı...“ - Şikayət
Sabahın havası: Yağış və 35° isti
Tramp qubernatordan üzr istəməsini tələb edib
Krasnoyarsk meri Vladislav Loginov saxlanılıb
Vüqar Gülməmmədova ağır itki üz verib
Kamran Haqnəzərov yenə qalib oldu – Foto/Video
Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?
Müharibəni dayandırmağa çox yaxınlaşmışıq-Vladimir Zelenski


16.02.2023  17:58 

Azərbaycanda xərçəng yaradan dərman satılır





A+  A-

"Ümumiyyətlə, məlumatlar təsdiq olunduğundan preparatın tətbiqini əvvəlcə Dünya Səhiyyə Təşkilatı qadağan etməlidir”.

XəzərNews.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bunu professor Adil Qeybulla deyib. O, Böyük Britaniyanın "Glaxo" şirkətinin istehsalı olan və mədə yarası xəstəliklərində istifadə edilən "Zantac" dərmanının tərkibində kanserogen olması və bunu bilə-bilə bu haqda heç bir məlumat verməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Professorun sözlərinə görə, yalnız bundan sonra sözügedən məsələnin hüquqi tərəflərinə baxıla bilər.

Adil Qeybulla bildirib ki, 2019-cu ildə preparatın xərcəng şişi törətməsi ilə bağlı məlumatlar yayılandan sonra artıq həyacan təbili çalınmağa başlayıb:

"Bunlar mədədə, qaraciyərdə, prostat vəzidə xərçəng şişi xəstəlikləri yarada bilir. Əgər dərmanın tərkibində kanserogen maddə olduğunu bilib və gizlədiblərsə, buna görə şirkət mütləq məsuliyyət daşımalıdır. Yox, bununla bağlı heç bir məlumat olmayıbsa və sonradan ortaya çıxıbsa, burada hüquqi məsuliyyət artıq başqa çür dəyərləndirilə bilər. Zamanla bu cür preparatlar olur”.

Adiq Qeybulla "Ranitidin"in kimyəvi denevrator, yəni, mədəyə gələn azan sinir şaxələrini blok edən bir dərman olduğunu vurğulayıb:

"Onun bir analoqu da "Simetidin", "Famotidin"dir. Bu preparatlar mədə xorasının müalicəsində, hiperasit qastridlərdə, ümumiyyətlə, aşırı turşuluqdan baş verən mədə patalogiyalarında istifadə olunan qiymətli dərman preparatı idi. Bu təsirə görə bütün həkimlər ondan uğurla istifadə edirdilər. Ondan sonra "Proton" pombasın blakatorları tətbiq edilməyə başladı və nəticədə bu dərmanların tətbiqi azaldı. Amma bu gün də praktikada həmin dərmanların tətbiqi var”.

"Zantac" mədə turşusu istehsalını azaldan bir dərmandır. Ümumiyyətlə, mədə xorası və GERD xəstəliyini müalicə etmək üçün qəbul edilir. 13 sentyabr 2019-cu il tarixində ABŞ Qida və Dərman İdarəsi (FDA) bəyanat yayaraq, "Zantac" da daxil olmaqla bəzi ranitidin dərmanlarında N-nitrosodimethylamine (NDMA) adında bir nitrosamin safsızlığının olduğunu elan edərək dərman mağazalarında bütün ranitidin məhsullarının satışını dayandırıb. 1 aprel 2020-ci ildə FDA dərman istehsalçılarından ranitidinin bütün növlərini ABŞ bazarından çıxarmasını istəyib.

"Bəs, istifadəsi qadağan olunun bu dərman preparatı Azərbaycanda da istifadə olunubmu? Ümumiyyətlə, bu dərmanlar hazırda Azərbaycanda satışda varmı" sualına Adil Qeybullanın cavabı "bəli" olub.

Xatırladaq ki, bu dərmanın Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri siyahısında qiyməti belədir: ZANTAK RANITIDINE 150 mq Tablet Blister N20, Çin istehsalı 6,95, ZANTAK RANITIDINE 25 mq/ml İnyeksiya üçün məhlul, Ampul 2 ml N5, İtaliya istehsalı 6,45.

Qeyd edək ki, "Bloomberg"in məlumatına görə, mədə xorası və yanmasına qarşı olan "Zantac" dərmanını istehsal edən Britaniya şirkəti "Glaxo" dərmanın kanserogen olduğunu bildiyi halda bu barədə məlumat verməyib və bazardan çıxarmayıb. Dərman qəbul edərkən xərçəng riskinin artması haqda məlumat yalnız 2019-cu ildən geniş yayılmağa başlayıb.

Xəbər 1511 dəfə oxunub.




08.06.2025  18:54 

Mirzoyan Fransaya səfər edəcək

08.06.2025  18:26 

Bu ölkədə güclü zəlzələ

08.06.2025  18:03 

Hacıqabulda yaşayış ev yanıb

08.06.2025  17:44 

Ronaldo bu klubdan imtina edib?


BÜTÜN XƏBƏRLƏR +