Bu rayonda yas verilməsi ləğv edildi
Dönər kəskin bahalaşdı: Səbəbi bəllidir
“Əməliyyatdan 4 gün sonra burnum qaraldı...“ - Şikayət
Sabahın havası: Yağış və 35° isti
Tramp qubernatordan üzr istəməsini tələb edib
Krasnoyarsk meri Vladislav Loginov saxlanılıb
Vüqar Gülməmmədova ağır itki üz verib
Kamran Haqnəzərov yenə qalib oldu – Foto/Video
Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?
Müharibəni dayandırmağa çox yaxınlaşmışıq-Vladimir Zelenski


15.02.2023  11:53 

Dəfn pulunun verilməsi niyə gecikir? - İqtisadçı





A+  A-

Bir neçə ay əvvəl tanınmış iqtisadçı Samir Əliyev vəfat edən mərhum atasının ölüm haqqında Şəhadətnaməsini almaqda çətinlik çəkməsi ilə bağlı yazı yazmışdı. İqtisadçı qeyd edirdi ki, ərazi tibb məntəqəsində ölüm haqqında sənədin verilməsi ilə bağlı gərəksiz prosedurlar var. Bu gün isə S.Əliyev atasının dəfn pulu ilə bağlı mövcud problemlər haqqında yazıb.

XəzərNews.az həmin yazını olduğu kimi təqdim edir:

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 çağrı mərkəzinə zəng vurub dəfn pulunun ödənilməsində yaranmış ləngimənin səbəbini sorşuram. Xanım cavab verir ki, DOST-a müraciətdən sonra 15 iş günü ərzində cavab veriləcək.

Xatırladıram ki, müraciətimin üstündən 3 həftə (16 iş günü) keçib. Növbəti cavab belə olur ki, yəqin 30 günlük icraata götürülüb. Sual verirəm ki, bu nə çətin bir işdir ki, 15 iş günü azlıq etdi, keçiblər 30 iş gününə? Cavab belə olur ki, bilmirəm., DOST-a müraciət edin. DOST-la necə əlaqə saxlamağı soruşanda isə cavab məni şoka saldı. Məlum oldu ki, DOST-a zəng etmək mümkün deyil. Bunun üçün Mərkəzin özünə təşrif buyurmaq lazımdır.

Təsəvvür edirsiz bu nə deməkdir?

Dəfn pulunu aldıqdan sonra lazımsız prosedurlar barədə ayrıca status yazacam. Bunu hələ ki qoyaq kənara.

Amma ƏƏSMN-nin çağrı mərkəzindən verilən cavab sadəcə biabırçılıqdır (operatora elə də dedim). Yəni DOST-a zəng vurmaq üçün 142 çağrı mərkəzini yığmalısan, onlar da sənə deyir ki, özün getməlisən Mərkəzə. Üstəgəl əlavə 30 gündə nəyi yoxlayırlar?

DOST-dan söz düşmüşkən, Mərkəzin saytında vətəndaşların məmnunluq səviyyəsi 98,43% göstərilib. Mənim fikrim də götürülüb və əminəm ki, mənim cavabım da 98,43% içindədir. Əslində məmnunluq səviyyəsi 100% olmalıdır. Çünki içəri girəndə adamı az qala VİP müştəri kimi qarşılayırlar. Yeganə çatışmayan odur ki, çay vermirlər (bunu zarafatla yazdım). Ancaq nə olsun? Əgər mənim müraciətim müsbət cavablandırılmırsa və ya gec cavablandırılırsa bu keyfiyyətin nə əhəmiyyəti qalır? Əgər sən get-gələ düşürsənsə, bunun səbəbini sorğu aparanlar qanunlarda görürsə, bu halda hansı məmnuniyyətdən söhbət gedə bilər?

Əgər DOST-a zəng vura bilmirəmsə, hər xırda məsələ üçün işimi atıb Mərkəzə getməliyəmsə, bu halda məmnuniyyət niyə ölçülür?

Yeri gəlmişkən, poçt şöbəsində dedilər ki, dəfn pulları ümumiyyətlə gəlməyib. Çünki xalq arasında deyildiyi kimi BÜDCƏ AÇILMAYIB.


Xəbər 1221 dəfə oxunub.




08.06.2025  18:54 

Mirzoyan Fransaya səfər edəcək

08.06.2025  18:26 

Bu ölkədə güclü zəlzələ

08.06.2025  18:03 

Hacıqabulda yaşayış ev yanıb

08.06.2025  17:44 

Ronaldo bu klubdan imtina edib?


BÜTÜN XƏBƏRLƏR +