İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


09.02.2023  10:14 

“Kimsə mənə çırtmasını vursa, onu sürüyərlər” - Lənbəranski





A+  A-

Ötən gündən bəri sosial şəbəkələrdə sosial şəbəkə fenomeni, bloger Elçin Lənbəranskinin döyülməsi haqqında məlumat yayılıb.

XəzərNews.az xəbər verir ki, sözügedən xəbərlə bağlı Yenisabah.az Elçin Lənbəranski ilə danışıb. Bloger yayılan xəbərlərin yalan olduğunu bildirib:

“Mənim bu haqda xəbərlərin yayılmasından heç məlumatım yox idi. Axşam mənə dedilər ki, belə xəbərlər yayılıb.

Birincisi, məni döyən oğlanın gərək 7 başı olsun. Bu ölkədə məni minlərlə qeyrətli oğullar çox istəyir, kimsə də mənə toxuna bilməz.

İkincisi, mən elə bir səhv eləməmişəm ki, kimsə mənə əl qaldırsın. Bəzən olur ki, iş prosesində kiminləsə yüngülvari sözün çəp gələ bilir, amma şükür ki, heç kəslə sözümüz də çəp gəlməyib. Bu dövlətin içində kim-kimi döyə bilər? Bu nə axmaq düşüncədir?! Mən dünən açıqlama vermişəm, yazıblar ki, “Elçin Lənbəranski döyülməyini təsdiqlədi”. Mən belə söz deməmişəm axı!

İki gündür ölkənin gündəmi Elçindir, bütün bunlar sadəcə Elçini gözdən salmaq üçündür. Allaha and olsun, kimsə mənə çırtmasını vursa, onu sürüyərlər. Bu mümkün olan şey deyil. İnsan elə bir səhv etməlidir ki, onu vursunlar. Axı bizim səhvimiz nədir? Biz nə işlə məşğuluq? Dövlətimizə dəstək verən insanlarıq. Nə isə etmək, yardım əli uzatmaq istəyirik”.

Xatırladaq ki, fevralın 8-i, axşam saatlarında Heydər Əliyev adına İdman Konsert Kompleksində bloger Elçin Lənbəranskinin döyülməsi haqda xəbərlər yayılmışdı.

Xəbər 2423 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +