Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani
“Madam Ruxa”da müştərinin alnını yandırdılar
Rusiya və Ukrayna danışıqları nə zaman başlayır?
Türkiyəli aktyor sevgilisini döydüyü üçün həbs edilib


29.08.2022  17:06 

“Sağlam bədəndə, sağlam ruh!” - Gənc müəllimlər arasında futzal yarışı” başlayır





A+  A-

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə “Sağlam bədəndə, sağlam ruh!” - 2022 gənc müəllimlər arasında futzal yarışı” layihəsinin icrasına start verilib.

XəzərNews.az xəbər verir ki, 31 avqust 2022-ci il tarixindən etibarən aşağıda qeyd edilən qaydalara uyğun komandalardan sifarişlərin qəbuluna başlanılır.

Yarışda ölkə üzrə gənc müəllimlərdən (yaş: 35 yaşa qədər – 31.07.1987-ci ildən sonra anadan olanlar) ibarət 8 komanda iştirak edəcək.

Sifarişlər 5 sentyabr 2022-ci il saat 23:59-a qədər onlayn şəkildə qəbul olunacaqdır. Yarışa ilk qeydiyyatdan keçmiş və sənədləri tam qaydasında olan 8 komanda buraxılacaq.

Qeydiyyat üçün aşağıda qeyd olunan sənədləri qeyd olunmuş vaxt çərçivəsində ofis@agma.az elektron ünvanına göndərmək lazımdır:

- Təqdim edilən excel formatda sifariş forması;
- Sifariş formasının həkim möhürü və imzası olan skan versiyası;
- Bütün oyunçuların və məşqçinin şəxsiyyət vəsiqəsinin skanı;

Yarışda iştirak üçün sifariş forması: https://ref.az/3qTEapA

Qeyd 1: Seçilmiş 8 komanda sifariş üçün bütün sənədlərin əslini oyuna gəldikdə təşkilat komitəsinə təhvil verməlidir.

Qeyd 2: Komandaların adı Azərbaycan dilində olmalı və Azərbaycan əlifbası ilə yazılmalıdır.

Qeyd 3: Oyunlar Bakı şəhərində keçiriləcəkdir. Məkan ilə bağlı məlumat veriləcəkdir.

Mükafatlandırma: 1-ci yeri tutmuş komandaya medal, diplom və kubok, 2-ci yeri tutmuş komandaya medal və diplom, bundan başqa isə bir neçə nominasiyalar üzrə diplomlar veriləcək!

Xəbər 5092 dəfə oxunub.




20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +