Bu rayonda yas verilməsi ləğv edildi
Dönər kəskin bahalaşdı: Səbəbi bəllidir
“Əməliyyatdan 4 gün sonra burnum qaraldı...“ - Şikayət
Sabahın havası: Yağış və 35° isti
Tramp qubernatordan üzr istəməsini tələb edib
Krasnoyarsk meri Vladislav Loginov saxlanılıb
Vüqar Gülməmmədova ağır itki üz verib
Kamran Haqnəzərov yenə qalib oldu – Foto/Video
Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?
Müharibəni dayandırmağa çox yaxınlaşmışıq-Vladimir Zelenski


15.06.2022  13:25 

“Məktəb direktorunu oğru və rüşvətxor görən şagird...“ - Sabiq nazir





A+  A-

"Mən müəllim ailəsində böyümüşəm, əmək fəaliyyətimin tən yarısı Azərbaycan və Rusiya ali məktəblərində müəllimliklə bağlıdır. Bu səbəbdən təhsildə olan saysız-hesabsız problemlərdən yetərincə məlumatlıyam".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov çıxış edib.

F.Yusifov bildirib ki, orta təhsil məktəblərdən çıxarılaraq, müəllimlərin evlərinə göndərildiyi vaxtdan bu günə qədər, təhsil sistemi irəliyə deyil, geriyə gedir:

"Təhsilimizdə uğurlu islahatlardan danışanlara bircə sual yetərlidir: – bir anlıq təsəvvür edirsinizmi repetitor yanına getməyən bir şagird, orta məktəbdə aldığı təhsillə, yüksək bal toplayaraq, ali məktəbə daxil olur? İndi bu mümkün deyil və bu mümkünsüzlük təhsil sistemində qara yara kimi kök salmış bir çox neqativlərin nəticəsində baş verir. Bu gün açıq bazar prinsipi ilə işləyən məktəb direktorlarının demək olar ki, hamısı oliqarxa çevriliblər (təbi ki, onları nazir və bu ranqda olan iri məmur oliqarxlarla müqaisə etmirik, bəlkə də onlara müqaisədə məktəb direktorlarına mini oliqarxlar deməliyik). Hansı məktəb direktorunu bir qədər araşdırsan, onun ən azından bir neçə bahalı avtomobili, bir neçə villası, biznes obyektləri və s. ortaya çıxacaqdır. Dediklərimin həqiqət olub olmadığını məktəblərdə 300-400 manat ətrafında əmək haqqı alan müəllimlərdən soruşun, onlar direktorun məktəbdəki gəlir mənbələrini və onun varidatının siyahısını bir dəqiqə ərzində sizə ərz edəcəklər. Ancaq bunu gizlincə edin, əks halda oliqarx direktor sorğu etdiyiniz müəllimi həmən işdən çıxarar.
Məktəb direktorunu (təhsil müəssisəsinin başçısının) oğru və rüşvətxor olduğunu görən orta məktəb şagirdi, gələcəkdə mütləq onun yolunu seçəcək. Çünkü o, belə həyat tərzinin normal olduğu bir cəmiyyətdə yaşayır!!!"

Xəbər 1700 dəfə oxunub.




08.06.2025  18:54 

Mirzoyan Fransaya səfər edəcək

08.06.2025  18:26 

Bu ölkədə güclü zəlzələ

08.06.2025  18:03 

Hacıqabulda yaşayış ev yanıb

08.06.2025  17:44 

Ronaldo bu klubdan imtina edib?


BÜTÜN XƏBƏRLƏR +