Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani
“Madam Ruxa”da müştərinin alnını yandırdılar
Rusiya və Ukrayna danışıqları nə zaman başlayır?
Türkiyəli aktyor sevgilisini döydüyü üçün həbs edilib


21.04.2022  21:34 

Avtobusları cəmi 2 ilə “metalloma“ çevirirlər...





A+  A-

“BakuBus” MMC-nin balansında olan 303 ədəd “İveco” markalı sərnişin avtobusundan 198 ədədinin istismarı dayandırılıb. Səbəb isə təmir edilməmə. Yəni "Bakubus" sıradan və cari təmiri həyata keçirmək əvəzinə 198 avtobusun 80-dən istifadəyə yararlı müxtəlif ehtiyat hissələrinin söküb o digərlərinə quraşdırıb".

XəzərNews.az xəbər verir ki, bu fikirləri jurnalist Razi Abbasbəyli səsləndirib.

O qeyd edib ki, Hesablama Palatası 01.01.2019-cu il tarixindən 01.0.2021-ci il tarixinədək olan dövrdə maliyyə fəaliyyətinə dair kənar dövlət maliyyə nəzarəti tədbiri zamanı ortaya çox ilginc məqamlar çıxıb:

"Nə az, nə çox 80 milyon manat vəsait hesabına alınan avtobusların 25 faizini ümumiyyətlə xəttə buraxmayıblar. Səbəb isə sadədir. Xəttə buraxılmayan avtobusları ehtiyat hissəsi kimi qoruyublar. Nəticədə istismarda olan avtobuslar xarab olan kimi onlara digər avtobuslardan ehtiyat hissəsləri çıxarıb quraşdırıb xəttə buraxıblar. Yəni cari təmir xərcləri üçün vəsaitlər talan edilib. Cəmi 2 ildən sonra büdcə pulları ilə alınmış 303 avtobusdan yarısı təmirə yararsız hala düşüb. Bundan sonra "Baku Bus"un qarajında qalan 200-ə yaxın avtobusu istəsələr belə təmir etmək mümkün olmayacaq. Çünki xəttən cüzi texniki problemlə çıxarılan avtobusları söküb ehtiyat hissəsi kimi digərlərinə quraşdırıblar. Və ya qara bazarda satıb pul qazanıblar".



R.Abbasbəyli qeyd edib ki, indi də bunlar hökumətə müraciət edir ki, gediş haqlarını artırın:

"O insanların ödədiyi vergi hesabına formalaşan büdcədən ayrılan 80 milyonu talayırlar. Avtobusları cəmi 2 ilə "metalloma" çevirirlər sonra da həyasızcasına deyirlər gediş haqlarını artırın".

Xəbər 6302 dəfə oxunub.




20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +