Bu rayonda yas verilməsi ləğv edildi
Dönər kəskin bahalaşdı: Səbəbi bəllidir
“Əməliyyatdan 4 gün sonra burnum qaraldı...“ - Şikayət
Sabahın havası: Yağış və 35° isti
Tramp qubernatordan üzr istəməsini tələb edib
Krasnoyarsk meri Vladislav Loginov saxlanılıb
Vüqar Gülməmmədova ağır itki üz verib
Kamran Haqnəzərov yenə qalib oldu – Foto/Video
Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?
Müharibəni dayandırmağa çox yaxınlaşmışıq-Vladimir Zelenski


20.11.2021  10:57 

Bu məktəbdə illərdir istilik yoxdur





A+  A-

Bakının Nəsimi rayonunda yerləşən 151 nömrəli tam orta məktəbdə illərdir ki, istilik yoxdur.

Uşaqlar sinifdə qalın üst geyimləri ilə oturur, soyuq səbəbindən qış aylarında məktəbdə davamiyyət aşağı düşür”.

XəzərNews.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya övladı həmin məktəbdə təhsil alan valideynlər müraciət ediblər. Onların sözlərinə görə, aidiyyəti qurumlara şikayətləri də nəticə vermir:

“Biz 11 ildir ki, o məktəbə uşaq göndəririk, bu illər ərzində məktəbdə istilik olmayıb. Amma bildiyimizə görə, əvvəlki illərdə də vəziyyət belə olub. Aidiyyəti qurumlara, qaynar xəttə zəng edirik, söz verirlər ki, düzələcək, məktəb əsaslı təmir olunacaq. Lakin heç bir nəticə olmur”.

Şikayətçilər bildirirlər ki, əslində məktəbdə qazanxana var, ancaq qazanxanadan gələn xətlər sıradan çıxıb.

Problemlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. İdarədən sorğumuza cavab olaraq bildirildi ki, 151 nömrəli tam orta məktəb “Azəristiliktəchizat” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunmalıdır. Lakin mərkəzi qazanxanadan gələn xətdə təzyiq aşağı olduğundan məktəbə istilik çatmır və nəticədə məktəb istiliklə normal təmin edilmir.

“Qeyd olunan problemin aradan qaldırılması məqsədilə “Azəristiliktəchizat” ASC qarşısında məsələ qaldırılıb. Problemin aradan qaldırılması üçün mütəxəssislər tərəfindən hazırda araşdırma aparılır. Bu kimi bütün problemlər tam nəzarətə götürülüb və həlli istiqamətində davamlı işlərin görülməsi təmin olunur”.

Qeyd edək ki, Bakının ən qədim təhsil ocaqlarından olan 151 nömrəli məktəb 1935-ci ildən fəaliyyət göstərir. Məktəbdə 1988-ci ilədək tədris yalnız rus dilində olub, həmin ildən isə Azərbaycan bölməsi də fəaliyyətə başlayıb. Hazırda təhsil müəssisəsində 602 şagird təhsil alır, 65 müəllim çalışır

Xəbər 3812 dəfə oxunub.




08.06.2025  18:54 

Mirzoyan Fransaya səfər edəcək

08.06.2025  18:26 

Bu ölkədə güclü zəlzələ

08.06.2025  18:03 

Hacıqabulda yaşayış ev yanıb

08.06.2025  17:44 

Ronaldo bu klubdan imtina edib?


BÜTÜN XƏBƏRLƏR +