Xalq artisti Bilgəh sanatoriyasını tənqid etdi
“Son Zəng”lə bağlı xəbərdarlıq olundu
İsrailin Tehrana hücumu: 78 ölü, 329 yaralı
Dilan Polat dəlixanaya yerləşdirilib
Natanzdakı obyektə zərər vurulub - İran təsdiqlədi
Müdafiə Nazirliyində 143 milyon manat necə oğurlanıb?
Tehran, doğma Təbriz vurulur – Mirşahin
İsraildəki səfirliyimiz müraciət yaydı
Rəsmi Bakı İsrailin İrana hücumundan narahatdır
Rusiya İsrailin İrana zərbələrini əsassız adlandırdı


17.07.2021  12:07 

Lənkəranda “patı” satan 7 nəfər saxlanıldı





A+  A-

Lənkəranda “patı”, şüşə kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, bu əməliyyatlarla ümumilikdə 2 kiloqramdan artıq heroin və metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.

Rayon sakini, əvvəllər məhkum olunmuş Sadıq Sadıqov 1 bükümdə heroin və 1 bükümdə metamfetamini Lənkəran sakini, əvvəllər məhkum olunmuş Emin Kərimova satarkən Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən saxlanılıblar.

S.Sadıqovun üzərindən əlavə olaraq 4 bükümdə heroin və metamfetamin aşkarlanaraq götürülüb. Onun həmin narkotik vasitələri rayon sakini, əvvəllər məhkum olunmuş Rəşadət Alxasovdan əldə etdiyi müəyyən edilib. R.Alxasovun üzərindən və evindən ümumilikdə 1 kiloqram 20 qram heroin, 1 kiloqram 80 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Digər saxlanılan Liman şəhər sakinləri Aydın Ağamalıyev, Elçin Quliyev, Anar Kişiyev və Göyşaban kənd sakini Şahin Ağayevin üzərindən ümumilikdə 20 bükümdə heroin, metamfetamin və 4 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Xəbər 2128 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir

12.06.2025  19:33 

“Medera Hospital“ cərimələndi

12.06.2025  17:14 

Prezident fərman imzaladı

12.06.2025  15:03 

Rusiya Bakını niyə hədələyir?


BÜTÜN XƏBƏRLƏR +