Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır
Bank kartlarından 4 min manatdan çox pul oğurlandı
Anar Cəbrayıllı xidmət rəisi təyin edilib
MAXE intihar etdi


03.06.2021  10:56 

Azərbaycanda Formula 1-in proqramı açıqlandı





A+  A-

Bakıda 4-6 iyun tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinin proqramı açıqlanıb.
XəzərNews.az-ın məlumatına görə, yarışın ilk günü F2 sərbəst yürüşü ilə başlanılacaq, ondan sonra isə F1 sərbəst yürüşü baş tutacaq. Günün ikinci yarısı F2 sıralama yarışı, onun ardınca isə F1 ikinci sərbəst yürüş keçiriləcək.

Yarışın ikinci günü, yəni 5 iyunda günün əvvəlində F2 sprint yarışı, onun ardınca isə F1 üçüncü sərbəst yürüş keçiriləcək, günün ikinci yarısı isə F1 sıralama turu və F2 sprint yarışı baş tutacaq.

İyunun 6-da günə FIA Formula 2 yarışı ilə başlanılacaq, ardınca isə F1 pilotlarının təqdimatı keçiriləcək. Günün ikinci yarısı isə əsas F1 yarışına start veriləcək. Əsas yarışa start verilməzdən əvvəl Azərbaycan Dövlət Himni səsləndiriləcək. Ondan sonra, saat 16:00-18:00 ərzində Formula 1 Azərbaycan Qran Prisi 2021 baş tutacaq və qalib müəyyən ediləcək.

Xəbər 2140 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +