Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


25.11.2019  12:48 

Qurban Qurbanovdan tarixi rekord





A+  A-

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yeni rekorda imza atıb.
XəzərNews.az xəbər verir ki, Premyer Liqanın XII turunun “Sumqayıt”la qarşılaşması 47 yaşlı mütəxəssisin Azərbaycan çempionatlarında baş məşqçi postunda 382-ci matçı olub.

Bununla da Qurbanov yarışın tarixində ən çox oyun keçirən mütəxəssis adına yiyələnib.

2006-cı ildə “Neftçi”də debüt edən çalışdırıcı 2006/07 və 2007/08 mövsümlərində komandanı 28 qarşılaşmaya çıxarıb. 2008-ci ildən baş məşqçisi olduğu “Qarabağ”la 354 dəfə çempionat oyununda iştirak edib.
Qurbanov müxtəlif illərdə “Viləş”, “Şəmkir”, “Masallı” və MOİK-in baş məşqçisi kimi yüksək dəstədə 381 oyun keçirən Qəhrəman Əliyevin rekordunu arxada qoyub.

Qeyd edək ki, “Sumqayıt”la görüşdə 1:2 hesabı ilə məğlub olan “Qarabağ”ın 31 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb. Sonuncu dəfə 2018-ci il oktyabrın 28-də “Neftçi”yə 1:3 hesabı ilə uduzan ağdamlılar 390 gündən sonra çempionat matçında xal qazanmayıb. Bu seriya Azərbaycan çempionatları tarixinin mütləq rekordudu.

Xəbər 1637 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +