Bu rayonda yas verilməsi ləğv edildi
Dönər kəskin bahalaşdı: Səbəbi bəllidir
“Əməliyyatdan 4 gün sonra burnum qaraldı...“ - Şikayət
Sabahın havası: Yağış və 35° isti
Tramp qubernatordan üzr istəməsini tələb edib
Krasnoyarsk meri Vladislav Loginov saxlanılıb
Vüqar Gülməmmədova ağır itki üz verib
Kamran Haqnəzərov yenə qalib oldu – Foto/Video
Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?
Müharibəni dayandırmağa çox yaxınlaşmışıq-Vladimir Zelenski


10.05.2019  18:06 

Azərbaycanlı “vor zakon”lar “Quli”yə qarşı birləşdilər





A+  A-

Azərbaycandan olan bir qrup “vor zakon” kriminal aləmdə “№ 1” hesab olunan “Lotu Quli”yə (Nadir Səlifov) müharibə elan edib.
XəzərNews.az xəbər verir ki, “Rosbalt” agentliyinin şəxsi mənbəsinə istinadən verdiyi məlumata görə, rəqiblər “Quli”ni nəinki Rusiyadakı obyektlərinə görə sıxışdırırlar, həm də ona qarşı ciddi iddialar və təhdidlər səsləndirirlər. Yaxın gələcəkdə münaqişənin “isti” mərhələyə keçmək təhlükəsi var.

Səlifova qarşı hərəkətə keçənlər “Rafiq Masallinski” (Rafiq Eyvazov), “Dato Ağcabədinski” (Cavid Məmədov), “Emin Hacıqabulski” (Emin Əhmədov), “Ceyhun Gəncinski” (Ceyhun Əsgərov), “Zaur Naxçıvanski” (Zaur Şipilov), eləcə də “Albert Rıji”dir (Əli Heydərov).

Həbsdə son günlərini keçirən “Rıji” bunu təkbaşına həyata keçirir. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, digər mafiozlar birlikdə hərəkət etməyə çalışırlar. Belə ki, onlar əvvəlcə Türkiyədə olublar, son zamanlar isə Yunanıstana toplaşıblar.

Sayt yazır ki, bu, heç də təsadüfi deyil. “Dato Ağcabədinski”nin arxasında “Dato Kutaissi”, “ Raça”, “Zaza” kimi güclü gürcü klanı dayanıb. Bildirilir ki, müxaliflər “Vaqif” (“Vaqif Süleymanov), “Arif” (Arif Mehdiyev), “Yunus Yasamalski” (Yunus Nəzərov) kimi nüfuzlu azərbaycanlı “qanuni oğru”ların dəstəyindən istifadə edirlər.

“Lotu Quli”yə müxalif şəxslərə mərhum “kriminal general” “Rövşən Lənkəranski”nin (Rövşən Canıyev) “ailəsi”ndən güclü maliyyə dəstəyi göstərilir. O, 2016-cı ilin yayında İstanbulda qətlə yetirilib və “Lənkəranski”yə yaxın şəxslər bu hadisədə “Quli”nin əli olduğunu ehtimal edirlər.

Mənbə qeyd edir ki, kriminal avtoritetlər bu cür ciddi dəstək sayəsində son vaxtlar Səlifova qarşı ən güclü hücuma başlayıblar. Bu mafiya klanlarının Rusiyada nəzarət etdiyi bazarlarda fəaliyyət göstərən tacirlərə “Quli” və onunla əməkdaşlıq edən satıcıların işinə mane olmaq tələbi qoyulub. Bura eləcə də daha güclü biznesmenlər də daxildir. Onların hamısına deyilib ki, “Quli” ilə əməkdaşlığa son qoymaq onlar üçün ən yaxşı qərar olacaq.

Bundan başqa, bildirilir ki, müxalif “vor zakon”lar tələb edirlər ki, “Quli” onlarla görüşüb “Rafiq Masallinski”yə hücum edərək onun qulağını kəsməsinə, eləcə də “Ceyhun”, “Zaur” və digərlərini nə üçün “kriminal general” hesab etmədiyinə dair səsləndirdiyi fikrə aydınlıq gətirsin. Müxaliflərin özləri Səlifovu “ailələri”ndə daha niyə görmək istəmədiklərinə dair izahat gətirəcəklərinə vəd veriblər.

Əlbəttə ki, bu söhbətlər qarşılıqlı təhdid olmadan bitməyib. “Rosbalt”ın mənbələri hesab edir ki, bu münaqişə bir sözlə yekunlaşmayacaq. Tərəflər tezliklə daha qətiyyətli hərəkətə keçəcəklər.

Xəbər 1832 dəfə oxunub.




08.06.2025  18:54 

Mirzoyan Fransaya səfər edəcək

08.06.2025  18:26 

Bu ölkədə güclü zəlzələ

08.06.2025  18:03 

Hacıqabulda yaşayış ev yanıb

08.06.2025  17:44 

Ronaldo bu klubdan imtina edib?


BÜTÜN XƏBƏRLƏR +