Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır
Bank kartlarından 4 min manatdan çox pul oğurlandı
Anar Cəbrayıllı xidmət rəisi təyin edilib
MAXE intihar etdi


05.03.2019  14:21 

Bu vergi borcları silinir





A+  A-

Azərbaycanda özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu ilin martın 1-dək olan əmlak və torpaq vergiləri üzrə borclarının bir hissəsi silinəcək.
XəzərNews.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycanda özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu ilin 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bu qanun qüvvəyə minmə tarixindən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının bu qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borcları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı qaydada silinir:

1. Dövlət əmlakının özəlləşdirildiyi tarixdən etibarən bir il ərzində bu borcların 30 faizi ödənildikdə ödənilməmiş borcların 70 faizi silinir,

2. Dövlət əmlakının özəlləşdirildiyi tarixdən etibarən iki il ərzində bu borcların 50 faizi ödənildikdə ödənilməmiş borcların 50 faizi silinir,

3. Dövlət əmlakının özəlləşdirildiyi tarixdən etibarən üç il ərzində bu borcların 70 faizi ödənildikdə ödənilməmiş borcların 30 faizi silinir.

Bu qanunun müddəaları dövlət əmlakının (müəssisələrinin) bu qanunla müəyyən edilmiş borclarının məcburi ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilən, lakin bu qanunun qüvvəyə minmə tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir.

Qanun martın 1-dən qüvvəyə minir.

Xəbər 1801 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +