Televiziya sədri vəzifəsindən azad edildi -FOTO
Dövlət qurumlarına gül-çiçək satan Arzu İsmayılova kimdir?
Qəzada bir nəfər sağ qaldı -FOTO
“Medera Hospital“ cərimələndi
Bu məktəbdə attestatı 20 manata satıblar?
Prezident fərman imzaladı
Rüstəm Talışinski məni hədələyərək... - Şikayət
İşsiz qalan tibb işçilərinə ŞAD XƏBƏR
Bir neçə gün sonra İrana hücum edəcəklər: ABŞ razılıq verdi?
Rusiya Bakını niyə hədələyir?


18.12.2018  16:43 

Azərbaycanın qətnaməsi BMT-də qəbul edildi





A+  A-

2018-ci ilin 17 dekabr tarixində BMT Baş Assambleyasının plenar iclasında Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş "İtkin düşmüş şəxslər" adlı qətnamə konsensusla qəbul edilib.
Xarici İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, 62 ölkə qətnaməyə həmmüəllif kimi qoşulub.

Azərbaycan tərəfindən iki ildən bir irəli sürülən qətnamənin əsas məqsədi dünyada silahlı münaqişələr şəraitində itkin düşmüş şəxslərin probleminə diqqətin daha da artırılmasından ibarətdir.

Qətnamədə dünyanın bir sıra yerlərində silahlı münaqişələrin və bunun nəticəsində itkin düşmüş şəxslərin sayının artması ilə bağlı dərin narahatlıq ifadə olunur.

Qeyd edilir ki, itkin düşmüş şəxslər problemi onların ailələrinə böyük iztirablar gətirir və münaqişələrə son qoyulması sahəsində həyata keçirilən səylərə mənfi fəsadlar törətməkdə davam edir.

Qətnamə dövlətləri beynəlxalq humanitar hüququn müddəalarına hörmət və riayət etməyə, silahlı münaqişələr şəraitində itkin düşmə hallarının qarşısının alınması, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı bütün lazımi tədbirlər həyata keçirməyə, o cümlədən beynəlxalq öhdəliklərinə uyğun olaraq itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün əməkdaşlıq etməyə çağırır. Qətnamə itkin düşmüş şəxslərin ailələrinin əzizlərinin taleyi barədə məlumat əldə etmək hüququnu təsdiq edir. Qətnamə dövlətləri silahlı münaqişələr şəraitində itkin düşmüş uşaqların məsələsinə xüsusi olaraq diqqət yetirməyə çağırır.

Qətnamədə BMT baş katibinin Baş Assambleyanın 75-ci sessiyasına (2020) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair praktiki tövsiyələrin də yer aldığı müfəssəl hesabat təqdim etməsi çağırışı yer alır.

Xəbər 1964 dəfə oxunub.



12.06.2025  19:33 

“Medera Hospital“ cərimələndi

12.06.2025  17:14 

Prezident fərman imzaladı

12.06.2025  15:03 

Rusiya Bakını niyə hədələyir?

12.06.2025  13:36 

Şahin Mustafayev təltif edildi

12.06.2025  12:20 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +