Bu rayonda yas verilməsi ləğv edildi
Dönər kəskin bahalaşdı: Səbəbi bəllidir
“Əməliyyatdan 4 gün sonra burnum qaraldı...“ - Şikayət
Sabahın havası: Yağış və 35° isti
Tramp qubernatordan üzr istəməsini tələb edib
Krasnoyarsk meri Vladislav Loginov saxlanılıb
Vüqar Gülməmmədova ağır itki üz verib
Kamran Haqnəzərov yenə qalib oldu – Foto/Video
Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?
Müharibəni dayandırmağa çox yaxınlaşmışıq-Vladimir Zelenski


18.11.2018  16:24 

Bakıda Dünya Kubokunun mükafatlandırma mərasimi keçirilib





A+  A-

Bu gün Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Dünya Kubokunun qalibləri və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, qadın qruplarında birinci yeri Rusiyadan olan gimnastlar Darya Çebulanka, Anastasiya Parşina və Kseniya Zaqoskina, ikinci yeri Belarus təmsilçiləri Yuliya İvonçik, Veronika Nabokina və Karina Sandoviç, üçüncü yeri isə Hindistan idmançıları - Ayuşi Qodesvar, Praçi Parkxi və Mrunmayi Valde tutublar.

Kişi cütlükləri arasında birinci yeri Rusiya təmsilçiləri Timofey İvanov və Maksim Karavayev, ikinci yeri Azərbaycan gimnastları Seymur Cəfərov və Murad Əkbərov, üçüncü yeri isə Qazaxıstan idmançıları Daniel Dil və Vadim Şulyar tutublar.

Qadın cütlükləri arasında "qızıl" medalı Rusiya təmsilçiləri Yasmin İşankulova və Diana Korotayeva, "gümüş" medalı Ukrayna gimnastları Yuliya Pilioyak və Aleksandra-Mariya Tabaçinskaya qazanıblar.

"KİV nümayəndələrinin rəğbəti" mükafatını Hindistan təmsilçiləri Avicit Debnat və Tinku Sarkar qazanıblar.

Ən yüksək bala görə mükafatı Qazaxıstan gimnastları Nikita Amoskin və Anastasiya Dolqanyuk alıblar.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastiak Arenasında Akrobatika gimnastikası üzrə Dünya Kubokunun finallarına start verilib.

17-18 noyabr Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Beynəlxalq turnirdə Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna komandaları təmsil olunur.

Ötən gündən Milli Gimnastika Arenasında başlayan yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.

Gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan komandasının heyətində son Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı və Ağasif Rəhimov – Nurcan Cabbarlı çıxış edirlər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov – Murad Əkpərov ən yaxşı yer uğrunda mübarizə aparırlar.

Xəbər 1596 dəfə oxunub.




08.06.2025  18:54 

Mirzoyan Fransaya səfər edəcək

08.06.2025  18:26 

Bu ölkədə güclü zəlzələ

08.06.2025  18:03 

Hacıqabulda yaşayış ev yanıb

08.06.2025  17:44 

Ronaldo bu klubdan imtina edib?


BÜTÜN XƏBƏRLƏR +