Xamneyi öldürülərsə, Rusiya “çox mənfi” reaksiya verəcək...
FHN “Bal Badem”in fəaliyyətini dayandırdı
Masallıda VIII sinif şagirdi itkin düşüb
Rəfail Abdullayevin şirkəti sakinləri fəlakətə aparır
“Mahir Ay Brat“ kimi tanınan meyxanaçı həbs edilib
İran İsrailin Beer Şeva bölgəsini darmadağı etdi
İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü


30.10.2018  14:11 

DTX-nin adından dələduzluq etdi - Həbs olundu





A+  A-

DTX tərəfindən aparılan araşdırmalarla Azərbaycan vətəndaşı Həşimov Rzamin Rza oğlunun özünü dövlət təhlükəsizliyi orqanlarının vəzifəli şəxsi kimi təqdim edərək əlaqəsində olan şəxslərlə birlikdə Fətəliyev Hacı Fətəli oğlu, Əmənov Faiq Mətləb oğlu və digər vətəndaşların maddi vəsaitlərinin ələ keçirilməsi istiqamətində cinayət əməlləri törətməsi müəyyən edilib.
XəzərNews.az-a qurumdan daxil olan məlumata görə, həyata keçirilmiş əməliyyat tədbirləri ilə Rzamin Həşimovun qeyd olunan əməlləri müfəssəl qeydə alınıb.

Rzamin Həşimov həmin cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. O, saxlanılarkən üzərində xüsusi vasitə olan əl qandalı daşıdığı müəyyən edilib.

Məlum olub ki, Rzamin Həşimov əvvəllər də özünü vəzifəli şəxs kimi təqdim edərək törətdiyi cinayət əməllərinə görə 29 yanvar 2008-ci il və 13 fevral 2013-cü il tarixli məhkəmə hökmləri ilə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunub.

Faktla bağlı aparılan cinayət işi üzrə məhkəmənin 29 oktyabr 2018-ci il tarixli qərarı ilə Rzamin Həşimovun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq araşdırmaları davam edir.

Xəbər 3108 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +