Xamneyi öldürülərsə, Rusiya “çox mənfi” reaksiya verəcək...
FHN “Bal Badem”in fəaliyyətini dayandırdı
Masallıda VIII sinif şagirdi itkin düşüb
Rəfail Abdullayevin şirkəti sakinləri fəlakətə aparır
“Mahir Ay Brat“ kimi tanınan meyxanaçı həbs edilib
İran İsrailin Beer Şeva bölgəsini darmadağı etdi
İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü


26.10.2018  15:23 

Bu rayonların polis rəisləri haqda cinayət işi açıla bilər





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Müzəffər Sərxanbəyovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
XəzərNews.az-ın Report-a istinadın verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Mikayıl Rəhimov ifadə verib.

O deyib ki, hadisə günü klubda olub: "Bir nəfər sərxoş olduğundan onu çölə çıxartdılar. Biz də çıxdıq, həmin vaxt Müzəffər həmin şəxsin yanındaydı. Biz ondan nəsə kömək lazım olub-olmadığını soruşduq. Bu vaxt Fərid söhbətə müdaxilə elədi, qışqırıb nəsə dedi. Sonra ara qızışdı, kənardan Emin gəlib Müzəffərin atasını söydü. Ardınca Emin onu yumruqla vurdu. Sonra Müzəffər onları bıçaqladı, mən bıçaqlama anını yox, sonradan qanı gördüm”.

Hakim qeyd edib ki, bu cinayət işində şahidlərin bəziləri və zərərçəkmiş şəxslərin özlərinin əməlində də cinayət tərkibi var: "Lakin istintaq buna qiymət verməyib, həmçinin işi aparan müstəntiq cinayət işində pozuntulara yol verib. İstintaq qeyd edib ki, zərərçəkmiş Emin həmin zaman ictimai borcunu yerinə yetirib, amma o hadisə vaxtı Müzəffəri yumruqla vurub. Hökmdə həmin şahidlər və zərərçəkmişlərlə bağlı da qərar veriləcək".

Daha sonra hakim bildirib ki, zərərçəkmişlər də məhkəməyə gəlib ifadə vermirlər: "Şahidlərin də bir neçəsi məhkəmədən yayınır. Bununla bağlı dəfələrlə Suraxanı rayon Polis idarəsi və Sumqayıt şəhər Polis idarəsinə müraciətlər edilsə də, məhkəmənin qərarı yerinə yetirilmir. Onlar tərəfindən məhkəməyə müraciətlə bağlı hər hansı cavab verilmir".

Hakim Z.Ağayev söyləyib ki, Daxili İşlər Nazirliyinə həmin polis idarələrinin rəisləri barədə məktub göndəriləcək: "Əgər növbəti prosesdə də məhkəmənin qərarı icra olunmasa, Suraxanı və Sumqayıt polis idarələrinin rəisləri haqqında cinayət işi başlanılması üçün qərardad çıxarıla bilər. Bizim təcrübəmizdə belə hallar olub”.

Məhkəmənin baxış iclası noyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, M.Sərxanbəyov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirli bilinir.

O, bu ilin may ayında Bakının Bülbül prospektində yerləşən gecə klublarından birində əyləndikdən sonra tanımadığı şəxslərlə mübahisə edib. Mübahisə gecə klubundan çöldə davam edərkən M.Sərxanbəyov əlini bıçağa atıb. Daha sonra o, mübahisə etdiyi iki şəxsə bıçaqla xəsarət yetirib.

Xəbər 3422 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +