Xamneyi öldürülərsə, Rusiya “çox mənfi” reaksiya verəcək...
FHN “Bal Badem”in fəaliyyətini dayandırdı
Masallıda VIII sinif şagirdi itkin düşüb
Rəfail Abdullayevin şirkəti sakinləri fəlakətə aparır
“Mahir Ay Brat“ kimi tanınan meyxanaçı həbs edilib
İran İsrailin Beer Şeva bölgəsini darmadağı etdi
İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü


15.10.2018  13:39 

İki kişi ilə birləşib ərini öldürən qadın saxlanıldı





A+  A-

Cari il iyunun 29-da Lerik-Yardımlı yolunun 1-ci kilometrliyində meşə zolağında Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyitinin “UAZ-469B” markalı avtomobilinin yaxınlığında tapılması barədə məlumat daxil olub.
Bununla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Daxili İşlər Nazirliyindən XəzərNews.az-a bildirilib ki, araşdırmalar zamanı M.Ağayevin sinəsindən aldığı ağır xəsarətlər nəticəsində öldüyü məlum olub. Məhkəmə tibbi ekspertizasının rəyində də onun döş qəfəsindən daxilə nüfuz edən 3 bıçaq zərbəsi aldığı qeyd olunub.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən M.Ağayevin arvadı Nailə Ağayeva, Lerik rayon sakini Aqil Baxşıyev və Bakı şəhər sakini Vəfalı Əliyev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 3141 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +