Xamneyi öldürülərsə, Rusiya “çox mənfi” reaksiya verəcək...
FHN “Bal Badem”in fəaliyyətini dayandırdı
Masallıda VIII sinif şagirdi itkin düşüb
Rəfail Abdullayevin şirkəti sakinləri fəlakətə aparır
“Mahir Ay Brat“ kimi tanınan meyxanaçı həbs edilib
İran İsrailin Beer Şeva bölgəsini darmadağı etdi
İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü


09.10.2018  17:36 

Qohumunu öldürənə 11 il həbs verildi





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində yasa gəlməyən qohumunu öldürməkdə təqsirləndirilən Vüqar Hüseynova hökm oxunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə V.Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il Abşeron rayonunun Saray qəsəbəsində baş verib.

Vüqar Hüseynovun qızı və nəvəsi qəzada dünyasını dəyişib. Mərhumların yas mərasimi başa çatandan sonra Vüqar Hüseynov xalasının əri Muğam Şanikovdan yasa niyə gəlmədiyini soruşub. İttihama görə, bu zaman Muğam Şanikov Vüqar Hüseynovun rəhmətə gedən qızı və nəvəsini təhqir edib. Bundan qəzəblənən Vüqar Hüseynov xalasının ərinin baş nahiyyəsinə iki yumruq zərbəsi vurub. Muğam Şakirov aldığı zərbə nəticəsində özündən gedib. Xəstəxanaya çatdırılsa da onu həyatını xilas etmək mümkün olmayıb.

Vüqar Hüseynov özünü təqsirli bilmədiyini deyib.

Xəbər 3130 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +