Xamneyi öldürülərsə, Rusiya “çox mənfi” reaksiya verəcək...
FHN “Bal Badem”in fəaliyyətini dayandırdı
Masallıda VIII sinif şagirdi itkin düşüb
Rəfail Abdullayevin şirkəti sakinləri fəlakətə aparır
“Mahir Ay Brat“ kimi tanınan meyxanaçı həbs edilib
İran İsrailin Beer Şeva bölgəsini darmadağı etdi
İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü


05.10.2018  15:34 

Sərhəddə külli miqdarda narkotik dövriy­yədən çıxarıldı





A+  A-

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən sərhəd mühafizəsinin etibarlı təminatı sahəsində tədbirlər da­vam etdi­rilir.
DSX-dən XəzərNews.az-a verilən məlumata görə, 2018-ci ilin 30 sentyabr tarixində DSX əməkdaşlarının sayıqlığı və pe­şəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriy­yədən çıxarılmasına nail olunub.

Həmin tarixdə saat 03:10 radələrində alınmış əməliyyat məlumatı əsasında DSX-nin Sərhəd Qoşun­larının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində, Yardımlı-Arus kəndi istiqamətində əməliyyat-axta­rış tədbiri həyata keçirilib, “VAZ-2107” markalı 90-BB-979 və “Mer­cedes” markalı 90-BK-471 dövlət qeydiyyat nömrə nişanlı avto­mo­billər baxış keçirilməsi üçün saxlanılıb.

Saxlama zamanı “Mer­ce­des” markalı avtomobil tabesizlik göstə­rmiş və Masallı rayon istiqa­mətində hərəkət edərək 1 kq narkotik maddəni əraziyə atıb. Qarşılıqlı əlaqədə olan Masallı rayonu polis şöbəsinin əməkdaşları tərəfindən həmin avtomobil saxlanılıb, avtomobildə olan 1 nəfər şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq meşəlik əraziyə qaçmağa nail olub.

Əraziyə və avtomobillərə baxış zamanı 8600 qram “heroin” və “tiryəkə” bənzər narkotik maddə aşkar olunub. Saxlanılmış və­tən­daşların şəxsiyyətləri dəqiqləşdirilib, onların Yardımlı rayon sa­kin­ləri 1974-cü il təvəllüdlü Şirbəyev Habil Yaşılxan oğlu, 1983-cü il təvəllüdlü Qurbanov Zaur Camalxan oğlu və Salyan rayon sakini 1993-cü il təvəllüdlü Ağayev Malik İlyas oğlu olma­ları müəyyən edilib.

Hadisə yerindən qaçmış 4-cü şəxsin axtarışı üzrə müvafiq tədbirlər həyata keçirilir.

Hadisə ilə əlaqədar DSX-nin istintaq və təhqiqat idarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər 3007 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +