Xamneyi öldürülərsə, Rusiya “çox mənfi” reaksiya verəcək...
FHN “Bal Badem”in fəaliyyətini dayandırdı
Masallıda VIII sinif şagirdi itkin düşüb
Rəfail Abdullayevin şirkəti sakinləri fəlakətə aparır
“Mahir Ay Brat“ kimi tanınan meyxanaçı həbs edilib
İran İsrailin Beer Şeva bölgəsini darmadağı etdi
İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü


03.10.2018  12:26 

80 minlik motor oğurlayan dəstə tutuldu





A+  A-

Xızı Rayon Polis Şöbəsinə rayonun Giləzi qəsəbəsi ərazisində yerləşən “VİRİDE” MMC-yə məxsus Rusbot-85K tipli gəzinti təyinatlı gəmidən oğurluq edilməsi barədə müraciət olunub.
DİN-dən XəzərNews.az-a daxil olan xəbərə görə, məlumatla əlaqədar rayon polis şöbəsində yaradılan əməliyyat-istintaq qrupu tərəfindən hadisə yerinə baxış keçirib. Araşdırmalarla adı çəkilən MMC-yə məxsus gəzinti təyinatlı gəmidən ümumi dəyəri 80.000 manat məbləğində dəyərləndirilən 2 ədəd Merkuri-200 markalı əsas və ehtiyat mühərrikləri, bir ədəd akkumlyator və bir ədəd uzaqdan idarəetmə cihazı oğurlanması müəyyən edilib.

Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Müslüm Əhmədov, Cəmil Həsənov, Vidadi Abasov və Ramil Rəhimov olmaları müəyyən edilib və onlar saxlanılıb.

Dəstə tərəfindən oğurlanan 2 ədəd Merkuri-200 markalı əsas və ehtiyat mühərrikləri maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı Müslüm Əhmədov, Cəmil Həsənov, Vidadi Abasov və Ramil Rəhimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində Xızı rayon Məhkəməsinin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər 3077 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +