Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert


22.05.2018  18:11 

Cavidlə Elvinə 100 min “atıb”lar





A+  A-

“Qəbələ” futbol klubunun futbolçuları Cavid Hüseynov və Elvin Məmmədov həbsdə olan Ayaz Məhərrəmovun onlardan 100 min manat alması barədə iddia irəli sürüb.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hər iki futbolçu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək A.Məhərrəmovun onlardan (Elvindən 60 min, Caviddən 40 min) birgə biznes qurmaq adı pul alın qaytarmadığını iddia ediblər. "Bandotdel" işi araşdırılması üçün Yasamal RPİ-yə göndərib və hazırda tədqiqat aparılır.

Əldə etdiyimiz məlumata görə, A.Məhhərrəmovla futbolçular arasında pul mübahisəsi uzun müddət əvvəldən davam edir. A.Məhərrəmov Elvin Məmmədova olan borcunun əvəzində öz evini onun adına keçirib. Hazırda Cavid Hüseynova da pulunun qaytarılcağına söz verilib.

Elvin Məmmədov açıqlamasında məlumatı təsdiqləyib və bu barədə geniş məlumat vermək istəmədiyini bildirib: “Biz problemi öz aramızda həll etməyə çalışırıq”.

A.Məhərrəmovun vəkili Ceyhun Yusifov da işin müzakirə olunmasını istəmədiklərini qeyd edib: “Hər iki tərəf ilə razılığa gələcəyik, Ayaz onlarla dost olub, oratada heç bir cinayət yoxdur. Bu məsələnin barışıq formasında həll edəcəyik, buna görə də ictimailəşməsinin əleyhinəyik”.

Qeyd edək ki, A.Məhərrəmov bundan öncə tanışı Azadi Paşayevlə birgə Fərqanə Babayeva və yoldaşı Ramin Babayevdən iş qurmaq adı ilə 194 min manat alıb. A.Paşayev pulu götürüb Türkiyəyə qaçıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məhərrəmov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Ramin Babayev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində rəhbər vəzifədə çalışıb.

Xəbər 3024 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +