Xalq artisti Bilgəh sanatoriyasını tənqid etdi
“Son Zəng”lə bağlı xəbərdarlıq olundu
İsrailin Tehrana hücumu: 78 ölü, 329 yaralı
Dilan Polat dəlixanaya yerləşdirilib
Natanzdakı obyektə zərər vurulub - İran təsdiqlədi
Müdafiə Nazirliyində 143 milyon manat necə oğurlanıb?
Tehran, doğma Təbriz vurulur – Mirşahin
İsraildəki səfirliyimiz müraciət yaydı
Rəsmi Bakı İsrailin İrana hücumundan narahatdır
Rusiya İsrailin İrana zərbələrini əsassız adlandırdı


14.02.2018  12:05 

BMT Azərbaycan hökuməti ilə danışıqlara BAŞLAYIR





A+  A-

“Hal-hazırda biz Azərbaycan hökuməti ilə bir sıra layihələr üzərində işləyirik. Bununla bağlı layihələr üzrə bir sıra tədbirlər görülməkdədir”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Rezident Əlaqələndiricisi Qulam İsaqzai BMT-nin inkişaf Proqramının təşkil etdiyi “İnteqrqaiya, sürətləndirmə və siyasət dəstəyi”(MAPS) hesabatı üzrə məsləhətləşmə seminarında deyib.

O bildirib ki, BMT-nin hazırda əsas məqsədi həmin işlərin həyata keçirilməsidir.

“Bu baxımdan Azərbaycan hökümətinə əlimizdən gələn yardımı etməyə çalışırıq. Məqsədimiz budur ki, Azərbaycan dayanıqlı inkişaf məqsədlərinindən irəli gələn bütün işləri həyata keçirsin.

Gələn 13 il ərzində, bildiyiniz kimi gündəlik 2030-cu ilə qədər nəzərdə tutulub, bu iş aparılmalıdır. Həmin vaxtdan iki il keçib və biz çalışırıq ki, bu prioritetlərdən irəli gələn işləri həyata keçirək”.

Daha sonra seminar barədə məlumat verən Qulam İsaqzai deyib ki, keçirilən məsləhətləşmələrdə hökumət üzvləri, müxtəlif nazirliklərin nümayəndələri, özəl sektorun təmsilçiləri, o cümlədən BMT danışıqlar aparacaq.

“Təbii ki, bu görüş zamanı biz çalışacağıq ki, dayanıqlı inkişaf məqsədlərindən irəli gələn hədəfləri öz aramızda müəyyənləşdirək. Bununla bağlı hansı müvafiq siyasətin yürüdülməsi, hansı seçimlərin edilməsi ilə əlaqədar fikir mübadiləsi aparacağıq. Hesab edirik ki, bu işlərin həyata keçirilməsi Azərbaycan cəmiyyətinə, əlilliyi olan şəxslərə, qadın və uşaqlara, o cümlədən gənclərə labüd olan proqrqmlardır.

Bu proqramlarda həm kənd yerində həm də şəhər yerində yaşayan əhali nəzərdə tutulub. Beləliklə biz bir ölkənin bütövlükdə inkişafına töhfə vermiş oluruq. Həm səhiyyə sahəsi, həm təhsil sahəsi, həm su təchizatı, həm də elektroenergetika sahəsi də nəzərdə tutulur ki, bu da dayanıqlı inkişaf məqsədlərinin təməl daşını əks etdirir”.

Xəbər 1826 dəfə oxunub.



13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir

12.06.2025  19:33 

“Medera Hospital“ cərimələndi

12.06.2025  17:14 

Prezident fərman imzaladı

12.06.2025  15:03 

Rusiya Bakını niyə hədələyir?


BÜTÜN XƏBƏRLƏR +