Bu rayonda yas verilməsi ləğv edildi
Dönər kəskin bahalaşdı: Səbəbi bəllidir
“Əməliyyatdan 4 gün sonra burnum qaraldı...“ - Şikayət
Sabahın havası: Yağış və 35° isti
Tramp qubernatordan üzr istəməsini tələb edib
Krasnoyarsk meri Vladislav Loginov saxlanılıb
Vüqar Gülməmmədova ağır itki üz verib
Kamran Haqnəzərov yenə qalib oldu – Foto/Video
Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?
Müharibəni dayandırmağa çox yaxınlaşmışıq-Vladimir Zelenski


24.11.2017  09:16 

Mənzil bazarında son vəziyyət





A+  A-

2017-ci ilin oktyabrında Bakıda daşınmaz əmlak bazarında qiymətlər manat ekvivalentində 0,46 faiz artıb.
XəzərNews.az xəbər verir ki, bunu Trendə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, ötən ay torpaq bazarı, eləcə də mənzil və kommersiya obyektlərinin icarəsi bazarı artım nümayiş etdirib. O qeyd edib ki, hesabat dövründə torpaq bazarında qiymətlər 1,61 faiz, mənzil kirayəsi bazarında 6,06 faiz, kommersiya obyektlərinin kirayəsi 4,73 faiz bahalaşıb: "İlkin mənzil bazarında qiymətlər 0,41 faiz, təkrar mənzil bazarında 0,75 faiz, kommersiya obyektləri bazarında 4,88 faiz azalıb".
Ekspert qeyd edib ki, ilin əvvəlindən bazarda qiymətlər 9,16 faiz azalıb. Onun sözlərinə görə, ümumilikdə qiymətlərin ucuzlaşması bir qədər azalıb, torpaq bazarı və mənzil kirayəsi bazarında qiymətlər ilin əvvəlindən müvafiq olaraq 4,71 faiz və 16,22 faiz artıb. Bazarın digər seqmentləri azalma nümayiş etdirib: "İlkin və ikinci mənzil bazarlarında qiymətlər ilin əvvəlindən müvafiq olaraq 10,46 faiz və 4,31 faiz, kommersiya obyektləri bazarında 19,01 faiz, obyektlərin icarəsi bazarında isə 15,38 faiz azalıb".

Onun sözlərinə görə, oktyabr ayında qiymətlərin artımı mövsümi xarakter daşıyır: "Bu, adi haldır, yayda bir qədər azalmadan sonra payızda bazar fəallaşır. Biz bu il də bu prosesi müşahidə edirik. Fikrimcə, noyabr və dekabr aylarında qiymətlər artmaqda davam edəcək. İlin sonunadək qiymətlər daha 3-5 faiz bahalaşa bilər".

Xəbər 1983 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.06.2025  18:54 

Mirzoyan Fransaya səfər edəcək

08.06.2025  18:26 

Bu ölkədə güclü zəlzələ

08.06.2025  18:03 

Hacıqabulda yaşayış ev yanıb

08.06.2025  17:44 

Ronaldo bu klubdan imtina edib?


BÜTÜN XƏBƏRLƏR +