Xamneyi öldürülərsə, Rusiya “çox mənfi” reaksiya verəcək...
FHN “Bal Badem”in fəaliyyətini dayandırdı
Masallıda VIII sinif şagirdi itkin düşüb
Rəfail Abdullayevin şirkəti sakinləri fəlakətə aparır
“Mahir Ay Brat“ kimi tanınan meyxanaçı həbs edilib
İran İsrailin Beer Şeva bölgəsini darmadağı etdi
İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü


20.10.2017  14:28 

300-ə yaxın maddəyə dəyişiklik edilir





A+  A-

Cinayət Məcəlləsinin 300-ə yaxın maddəsində dəyişikliklər edilməsi məsələsi Milli Məclisdə müzakirəyə çıxarılıb.
XəzərNews.az xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O qeyd edib ki, bu dəyişikliklər cəza siyasətinin yüngülləşdirilməsinə xidmət edir: “ Məcəllədə 15-ə yaxın maddə dekriminallaşdırılıb. Eyni zamanda azadlığın məhdudlaşdırılması ilə bağlı cəza növü əlavə edilib. Belə ki, 140-dan çox maddənin sanksiyasında alternativ olaraq bu maddə nəzərdə tutulub.

Mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində baş verən cinayətlərə görə cəza növündə cərimənin miqdarı hər birində beş dəfə artırılıb.Yəni əvvəl cərimə 100 manat idisə indi, bu indi 500 manatdır.

73-1 maddədə, yəni mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə maddəsində dünyada qəbul edilən mediasiya modelindən istifadə ediləcək. Belə ki, təklif olunur ki, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində olan cinayətlərdə dəymiş zərər ödənilirsə, o zaman cinayət məsuliyyətindən azad edilmə məsələsi mümkün ola bilər.

Söhbət külli miqdarda dəyən ziyandan gedirsə, cinayət msəuliyyətindən azad edilməyə gətirib çıxarılmamalıdır”.

Xəbər 3185 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +