Xamneyi öldürülərsə, Rusiya “çox mənfi” reaksiya verəcək...
FHN “Bal Badem”in fəaliyyətini dayandırdı
Masallıda VIII sinif şagirdi itkin düşüb
Rəfail Abdullayevin şirkəti sakinləri fəlakətə aparır
“Mahir Ay Brat“ kimi tanınan meyxanaçı həbs edilib
İran İsrailin Beer Şeva bölgəsini darmadağı etdi
İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü


19.10.2017  21:23 

Müsavatın mitinqinə icazə verilmədi





A+  A-

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşə icazə verməyib.
XəzərNews.az xəbər verir ki, bu barədə partiya üzvləri sosial şəbəkədə məlumat paylaşıb. BŞİH partiyaya "Məhsul" stadionunda mitinq keçirməyi təklif edib.

Qurum qərarını nəqliyyatın hərəkəti və insanların sıxlığı ilə əsaslandırıb.

Qeyd edək ki, Partiya 21 oktyabr 2017-ci il tarixdə saat 15:00-dan 17:00-dək aşağıdakı marşrutlardan birində kütləvi tədbirin keçiriləcəyini bildirib:

1) Bakı şəhəri, Binəqədi rayonunun ərazisindəki metronun “Azadlıq prospekti” stansiyasının çıxışından başlayaraq, Süleyman Sani Axundov küçəsindən keçməklə, metronun “Dərnəgül” stansiyasının qarşısındakı meydana qədər hərəkət etməklə və meydanda yürüşün qətnaməsinin oxunması;

2) Bakı şəhəri, Yasamal rayonunun ərazisindəki 20 saylı məktəbin yaxınlığındakı meydandan (keçmiş Əzizbəyov heykəlinin qarşısındakı meydan) başlayaraq, Hüseyn Cavid prospektindən keçməklə, Hüseyn Cavidin heykəli yerləşən bağdakı meydana qədər hərəkət etməklə və meydanda Qətnamənin oxunması.

Xəbər 2962 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +