Xamneyi öldürülərsə, Rusiya “çox mənfi” reaksiya verəcək...
FHN “Bal Badem”in fəaliyyətini dayandırdı
Masallıda VIII sinif şagirdi itkin düşüb
Rəfail Abdullayevin şirkəti sakinləri fəlakətə aparır
“Mahir Ay Brat“ kimi tanınan meyxanaçı həbs edilib
İran İsrailin Beer Şeva bölgəsini darmadağı etdi
İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü


17.10.2017  16:32 

Avtobusların intervalı maksimum azaldılacaq





A+  A-

Oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək "Qarabağ” - "Atletiko Madrid” oyunu ilə əlaqədar olaraq Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində çalışacaq.
Agentlikdən XəzərNews.az-a verilən məlumata görə, "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, həmçinin digər metro stansiyalarının ətrafındakı dayanacaqlarda marşrut xətlərinin faəliyyətinə nəzarət əlavə canlı qüvvə cəlb edilməklə gücləndiriləcək. Oyundan sonra "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən sərnişinlərin vaxtında, rahat və təhlükəsiz daşınması əvvəlcədən nəzərdə tutulan plana uyğun olaraq təmin ediləcək. Mübadilə Mərkəzindən şəhər mərkəzi, həmçinin ətraf kənd və qəsəbələrə xidmət edən 32 marşrut xətti üzrə avtobusların hərəkət intervalı əlavə nəqliyyat vasitələri cəlb edilməklə maksimum dərəcədə azaldılacaq.

Bakı Nəqliyyat Agentliyi "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən istifadə edəcək azarkeşlərə hərəkətin təhlükəsizliyi ilə bağlı bəzi qaydalara mütləq şəkildə əməl etməyi tövsiyə edir.

Xəbər 3140 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +