Xamneyi öldürülərsə, Rusiya “çox mənfi” reaksiya verəcək...
FHN “Bal Badem”in fəaliyyətini dayandırdı
Masallıda VIII sinif şagirdi itkin düşüb
Rəfail Abdullayevin şirkəti sakinləri fəlakətə aparır
“Mahir Ay Brat“ kimi tanınan meyxanaçı həbs edilib
İran İsrailin Beer Şeva bölgəsini darmadağı etdi
İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü


16.10.2017  09:46 

Aprel döyüşündə yaralanan hərbçiyə süni kəllə qapağı qoyuldu





A+  A-

2016-cı il aprel döyüşlərində yaralanan hərbçi Yaşar Ağayev Türkiyədə Gülhanə xəstəxanasında əməliyyat olunaraq, baş nahiyəsinə süni kəllə qapağı qoyulub.
XəzərNews.az-ın “Haberturk”ə istinadən verdiyi məlumata görə, 4 gün komada qalan 28 yaşlı hərbçimiz 3 dəfə Bakıda əməliyyat olunub. Lakin keçirdiyi əməliyyatlarda uğurlu nəticə əldə etməyən Y. Ağayev Türkiyədə daha 2 əməliyyat olunub və sentyabrın 25-də 3D printerlərin köməyilə ona süni kəllə qapağı qoyulub.

“Hadisədən sonra özümə ilk dəfə baxanda zənn etdiyiniz kimi şok keçirmədim, soyuqqanlı davrandım. Sadəcə “İnsan heç başından yaralanarmı? Başa dəyən güllə öldürür” deyə düşündüm. Bədənimin sol tərəfinin işləməməyi mənim üçün daha böyük sıxıntı idi. Mən bir dəfə əziyyət çəkdim, ailəm isə hər gün kədərlənirdi. Anamın yanında heç vaxt başıaçıq olmamışam. Həmişə papaq taxırdım. Çünki o, mənə görə çox kədərlənir və ağlayırdı”, - deyə Yaşar Ağayev bildirib.

Xəbər 3183 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +