Bu rayonda yas verilməsi ləğv edildi
Dönər kəskin bahalaşdı: Səbəbi bəllidir
“Əməliyyatdan 4 gün sonra burnum qaraldı...“ - Şikayət
Sabahın havası: Yağış və 35° isti
Tramp qubernatordan üzr istəməsini tələb edib
Krasnoyarsk meri Vladislav Loginov saxlanılıb
Vüqar Gülməmmədova ağır itki üz verib
Kamran Haqnəzərov yenə qalib oldu – Foto/Video
Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?
Müharibəni dayandırmağa çox yaxınlaşmışıq-Vladimir Zelenski


01.07.2017  11:49 

““İnter”ə belə uduzduğumuza görə utanırıq”





A+  A-

“Belə hesabla məğlub olduğumuza görə utanırıq. Belə olacağını gözləmirdik”.
XəzərNews.az xəbər verir ki, bu sözlər Serbiyanın “Mladost” klubunun baş məşqçisi Nenad Milovanoviçə məxsusdur. Luçani təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında Bakının “İnter” klubuna böyükhesabla məğlub olub – 0:3.

Oyunun ertəsi günü Serbiya mətbuatına müsahibə verən mütəxəssis fikirlərini bildirib. O, məşqçi karyerasında ən ağır məğlubiyyətlərdən birini aldığını deyib: “Bu, mənim 15 illik məşqçilik karyeramın ən pis oyunlarından biri idi. Meydanda istədiklərimizi və fikirləşdiklərimizi həyata keçirə bilmədik. Ümumiyyətlə, oyundan əvvəl qurduğumuz bütün planlar puç oldu”.

Mütəxəssis “İnter”in daha yaxşı komanda olduğunu etiraf edib: “Hesab hər şeyi sübut edir. “İnter” meydanda bizdən qat-qat üstün idi. Yaxşı müdafiə olundular və qapılarını toxunulmaz saxlamağı bacardılar. Rəqibin qollarına gəlincə, iki qolu standart vəziyyətlərdən buraxdıq. Bunlar Avropa səviyyəli qollar idi. Qapımızda gördüyümüz sonuncu qola isə şərh verməyə ehtiyac yoxdur. Təsadüfi alınsa da, möhtəşəm idi”.

Çalışdırıcı oyundan sonra futbolçuları ilə danışdığını söpyləyib: “Bu məğlubiyyət mənə çox təsir etdi və narahat oldum. Matçdan sonra futbolçularla söhbət etdim. “Partizan”a qarşı oyunda necə səhvlər etmişdiksə, “İnter”lə matçda da eyni ssenari ilə davam etdik. Əlimizə düşən imkanları dəyərləndirə bilsəydik, hesab fərqli ola bilərdi”.

O, cavab oyunu haqda da fikir bildirib: “Dediyim kimi, belə bir məğlubiyyət əldə etdiyimizə görə utanırıq. Amma özümüzü toparlamalı və cavab oyununa hazırlaşmalıyıq. Mərhələ keçmək şansımız çox azdır. Amma layiqli oyun göstərməyə, qələbə qazanmağa çalışacağıq”.

Xəbər 1533 dəfə oxunub.




08.06.2025  18:54 

Mirzoyan Fransaya səfər edəcək

08.06.2025  18:26 

Bu ölkədə güclü zəlzələ

08.06.2025  18:03 

Hacıqabulda yaşayış ev yanıb

08.06.2025  17:44 

Ronaldo bu klubdan imtina edib?


BÜTÜN XƏBƏRLƏR +